Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Atəşkəs dövründə Ermənistanı və Qarabağı daha çox erməni tərk edib” - erməni şərhçi

Dağlıq Qarabağ məsələsində Ermənistanın destruktiv və pozucu mövqeyi nizamlama prosesini irəli aparmağı əngəlləyən əsas amil olaraq qalır

Təəssüf ki, hakimiyyəti dəyişsə də, Qarabağ məsələsinə yanaşması pozitivə dəyişməyən işğalçı ölkənin yeni rəhbərliyi də konfliktin ən optimal həll variantı kimi mərhələli həlli yaxına buraxmaq istəmir. Bunu üstəlik, uğursuzcasına “Dağlıq Qarabağın danışıqların üçünü tərəfi olması” ilə pərdələməyə çalışır.

Lakin belə bayatılarla dünyanı çaşdırmaq, necə deyərlər, “köhnə bazara təzə nırx qoymaq” qeyri-mümkündür. Zaman o zaman deyil. Bunu hələlik az sayda olsa belə, bəzi erməni siyasi təhlilçilər də anlayır. Onlar rəsmi İrəvanın Qarabağ məsələsində tutuğu mövqeyi tam perspektivsiz, erməni xalqına fayda gətirməyəcək  yanaşma hesab edirlər. Eyni zamanda, konfliktin nizamlanmasında maraqlı olmayan dar bir çevrənin - mafiozların və hakimiyyət monopolistlərinin varlığına işarə vururlar.

Ermənistan üçün Qarabağ nizamlanmasında əsas olan yalnız Dağlıq Qarabağın statusu, yəni ərazi baxımdan onun kimə mənsub olmasıdır. Bu yanaşma haradasa 25 ildən çoxdur dəyişmir. Humanitar məsələlər İrəvan üçün ikinci dərəcəli sayılır, Azərbaycanın dövlətçiliyi məsələsi isə onu, ümumiyyətlə, maraqlandırmır”.

Müsavat.com-un məlumatına görə, bu barədə erməni siyasi şərhçi Mamikon Babayanın “Vestnik Kavkaza” portalında getmiş və rəsmi İrəvanın Qarabağ siyasətinin tənqidinə həsr olunmuş müəllif məqaləsində deyilir.

Konfliktin mərhələli həldən başqa mümkün çözüm variantının mövcud olmadığına diqqət çəkən müəllif yazır: “İstənilən mərhələli həllin hədəfi praqmatikdir: ziddiyyətləri minimallaşdırmaq yolu ilə tədricən ən qəliz ziddiyyətləri aradan götürəcək prinsipial yeni şərtlər yaratmaq. Di gəl, erməni tərəfi heç bir irəliləyişə imkan vermir, ona görə də onun mövqeyi destruktivdir. Dolayısıyla bunu Ermənistan XİN başçısı da təsdiqləyir, deyəndə ki, İrəvan problemin mərhələli həllini istisna eləmir, ancaq iqtisadi əməkdaşlığın, regionun etnik xəritəsinin və ya erməni hərbi mövcudluğunun müzakirəsinə ehtiyac görmür”.

Müəllifə görə, nizamlama məsələsində çoxdandır ki, daha bir destruktiv amil var – Dağlıq Qarabağdakı yerli “elita”nın biznes marağı: “Bu “elita” heç cür hakimiyyətə olan monopoliyanı və resursları əldən vermək istəmir. Problemin diplomatik həlli Qarabağda hakimiyyət monopoliyasını əldə saxlamaq baxımından sərfəli sayılmır. O səbəbdən orada və Ermənistanda indiyədək  Qarabağ nizamlaması üçlün ictimai sifariş hazırlanmayıb. Ona görə də AzərbaycanErmənistan XİN başçılarının görüşləri hər dəfə nəticəsiz bitir”.

Məqalədə daha sonra deyilir: “Erməni təbliğatı illərdir Azərbaycanın siyasətini düşmən siyasət kimi təqdim edir. Bakının istənilən təşəbbüsü etnik deportasiya təhlükəsi kimi təqdim olunur – hansı ki, guya mütləq baş verəcək, əgər Azərbaycan hansısa yolla, o cümlədən yumsaq güc vasitəsilə Qarabağa girsə. Ancaq İrəvanda nədənsə belə bir faktın üstündən sükutla keçirlər ki, atəşkəs dövründə Ermənistanı və Qarabağı daha çox erməni tərk edib, nəinki müharibə vaxtı”.

Mamikon Babayan hesab edir ki, mərhələli həldən danışan erməni tərəfi faktiki şəkildə danışıqlar prosesini ərazi bölgüsü müstəvisinə sürüşdürməyə çalışır. “Başqa sözlə, erməni tərəfi təkid edir ki, Bakı işğalla barışsın və işğalın sərhədlərini də məhz İrəvanla müzakirə eləsin. Bütün bunları nəzərə aldıqda sual ortaya çıxır: əgər Ermənistanın ideologiyası illər boyu ən yaxın qonşunun mövqeyini hətta nəzərdən belə keçirməmək və bütün siyasi istiqamətlər üzrə onu bədheybət kimi göstərmək üzərində qurulubsa, o zaman İrəvan Bakıdan hansı ritorikanı eşitmək istəyir?”

Sual əslində ritorikdir. Məsələ ondadır ki, erməni xalqına ən böyük pisliyi məhz illərdir ondan sərt Qarabağ gerçəyini gizlədən erməni rəhbərləri edir. Əfsus ki, həmin gerçəyi “demokrat” Nikol Paşinyan da söyləyə, dilə gətirə bilmir. Yaxud istəmir, buna siyasi iradəsi, cürəti çatmır. Demək, müharibənin ikinci fazası qaçılmaz olacaq...

pia.az 


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar