Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan təmsilçisi Çempionlar Liqasından kənarda qala bilər

UEFA koronavirus pandemiyası ilə əlaqədar olaraq Çempionlar Liqası (ÇL) və Avropa Liqasının formatını dəyişməyi düşünür.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, qurum 2020/2021 mövsümündəki sıx təqvimə görə avrokuboklarda təsnifat mərhələlərini azaltmaq və ən pis halda ləğv etmək ehtimalını nəzərdən keçirir.

Çempionlar Liqasında təsnifat mərhələləri bir oyundan ibarət ola və neytral meydanda keçirilə bilər.

Başqa bir versiyaya əsasən, ÇL-in qrup mərhələsinə vəsiqə əldə edə bilməyən, UEFA reytinqdə yüksək pillələrdə olan 12 ölkənin çempionları bir oyundan ibarət "play-off"da qarşılaşa bilərlər. Belə olacağı təqdirdə Azərbaycanla yanaşı UEFA reytinqində aşağı pillələrdə qərarlaşan ölkələrin təmsilçiləri Çempionlar Liqasında olmayacaq.

Qərarın UEFA İcraiyyə Komitəsinin mayın 27-dəki iclasında veriləcəyi gözlənilir.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində iştirak edən 32 komandada 24-ü yerli çempionatlardakı nəticələrə əsasən müəyyənləşir. Yalnız 6 komanda təsnifat mərhələlərindən vəsiqə əldə edə bilir. Azərbaycan UEFA reytinqində 26-cı sıradadır.

Xatırladaq ki, Avropada Belarus çempionatından başqa bütün yarışlar koronavirus pandemiyasına görə dayandırılıb.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar