Mehriban Əliyevadan duyğusal paylaşım...
Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Birinci vitse-prezident Mehriban Əliyeva maraqlı paylaşım edib.
Mehriban Əliyevanın “Instagram” profilində paylaşdığı videoda Prezident İlham Əliyev bir xatirəsini danışır.
“Görüşlərin birində 4-5 yaşlı bir qız uşağı mənə yaxınlaşdı və dedi ki, mən sizi tanıyıram, siz Heydər babanın oğlusunuz. Bilirsiniz, bu, o gün eşitdiyim, ən əziz, ən gözəl sözlər idi”, - deyə dövlət başçısı bildirib.
pia.az