Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İcra başçısı müavinini vadar edir ki, get pul yığ gətir” — Siyavuş Novruzov

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməkdədir...

Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçı İsmayıl Vəliyev, daha sonra Biləsuvarın icra başçısı Mahir Quliyev...

Bir neçə gün bundan qabaq isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi... İcra başçılarının ardınca sıra nazirliklərə çatıb. Belə ki, Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbiri seçilib və hər ikisi həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İcra Hakimiyyəti, eləcə də, nazirliklərdə əməliyyatlar aparması davam edəcəkmi? Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a açıqlamasında axtarışların davamlı olacağını istisna etməyib: “Yeni baş prokuror Kamran Əliyev təyin olunanda cənab prezident onunla videoformatda görüş keçirtdi. Görüş zamanı cənab prezident bu məsələ ilə bağlı fikirlərini bildirib. Ayrı-ayrı strukturlarda siqnallar daxil olmaqdadır və bu addımlar artırılacaq. Təbii ki, biz bütün bunların şahidi oluruq. Cənab prezident həmişə xəbərdarlıq edir ki, təyin olunan şəxslər vətəndaşlara xidmət etməli, xalq üçün problemlər yaratmamalı, onların çörəyinə bais olmamalı, verilən yardımı kəsməməli, ondan bəhrələnməməli, iş yerlərindən verilən kartları ciblərinə qoymamalıdır. Bunun nəticəsi olaraq həm işdən azad olunacaq, həm də cəzalandırılacaq. Biz bunların şahidiyik”.

Siyavuş Novruzov həbs edilən sabiq icra başçılarının Yeni Azərbaycan Partiyasının üzvü olmalarına da münasibət bildirib. “Həbs edilən sabiq icra başçılarının arasında Yeni Azərbaycan Partiyasının üzvü olanlar da var, olmayanlar da... Onlar YAP-çı kimi xəyanət etmir, tutduğu vəzifəyə xəyanət edir. Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar