Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“DTX-nın seyfində məmurlarla bağlı kifayət qədər məlumatlar var” - Deputat

"Xalqın malına göz dikən, dövlətin vəsaitini dağıdan məmurlar təbii ki, özlərinin layiq olduğu cəzanı alacaqlar"...

“Korrupsioner məmurlarla mübarizə prosesi ciddi, sistemli şəkildə davam etdirilir. Onlar qanunsuzluqlarını, bu əməllərlə yığdığı pulları gizlədə bilməyəcəklər”.

PİA.az xəbər verir ki, bunu korrupsiya hallarına yol verən məmurlar haqqında danışarkən deputat Fəzail Ağamalı deyib. Deputatın fikrincə, Dövlət Təhlükəsizlik Xidmətinin seyfində rüşvətxor məmurlarla bağlı kifayət qədər məlumatlar var:

“Xalqın malına göz dikən, dövlətin vəsaitini dağıdan məmurlar təbii ki, özlərinin layiq olduğu cəzanı alacaqlar.

Ayrı-ayrı yüksək vəzifəli məmurların heç də hamısını bu kateqoriyaya aid etmək olmaz. Vicdanı təmiz, əməli saleh, bütün varlığı ilə millətinə bağlı olan, hər hansı korrupsiya və rüşvətxorluqda adı hallanmayan məmurlarımız var. Biz onları qanunsuzluğa yol verən məmurlarla eyniləşdirməməliyik. Müəyyən məhdud xarakterli müşahidələrə, məlumatlara görə, əməliyyat-axtarış prosesi davam edəcək. Biz rüşvətxorluqla məşğul olan, fəaliyyətində qanunsuzluqlara yol verən məmurların vəzifədən kənarlaşdırılmasını, cinayət məsuliyyətinə cəlb edilməsini bundan sonra da görəcəyik”. (Modern.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar