Çərşənbə, 15 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Latın Amerikasında koronavirus dəhşətləri: küçələr meyitlə doludur...

Cənubi Amerikadan koronavirusla bağlı dəhşətli görüntülər daxil olmaqdadır...

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Ekvadorun kütləvi məzarların dolduğu şəhərlərində virus qurbanlarının cəsədləri küçələrin səkilərində, evlərin bağçalarında atılıb qalıb və çürüməkdədir.

Ekvadorun ən böyük şəhəri olan Quayaquildə yüzlərlə cəsəd aprel ayından bəri küçələrdə qalıb. Meyitlər o qədər çoxdur ki, onları toplayan qruplar cəsədləri yığıb qurtara bilmirlər. Sosial mediada yayılan görüntülərdə şəhərdə tabutun çatışmadığı, bəzi insanların qohumlarının cəsədlərini parçalara bükərək apardıqları görünür.

Epidemiya nəticəsində yaxınlarını itirən bəzi ailələr ölülərini dəfn etmək üçün səkkiz gün gözləməli olublar. Cəsədləri xəstəxanalardan almaq üçün hətta iki həftə gözləyənlər də var. Meyit toplayanlar onları küçələrdən adi xərəklərlə daşıyırlar. Məzarlıqlar dolduğu dan bəzi sakinlər həyətlərində saxladıqları cəsədlərin çürüməyə başladığını və tanınmaz hala düşdüyünü deyirlər.

Cənubi Amerikada kabus indi də Ekvadorun paytaxtı Quitoda yayılıb. Amerikanın “Associated Press” Agentliyi Quitoda küçəsinin ortasında koronavirusundan ölən bir nəfərin görüntülərini yayıb. Hadisə yerinə çağırılan qruplar başdan ayağa qoruyucu geyimdə olublar. Onlar cəsəddən barmaq izlərini götürüblər.

Görüntülərdə paytaxt Quito polisinin mühafizə etdiyi ərazidə virus qurbanlarının yaxınlarının hönkürərək ağladığı görünür. Yoluxma sayının 31 min, ölənlərin sayının isə 1569 nəfər olduğu Ekvadorda karantin tədbirləri hələ ki gündəmdədir. Bununla belə, virus Amazonda meşələrdə yaşayan yerli qəbilələrə də çatıb.

“Reuters” xəbər agentliyi Ekvador-Peru sərhədində yerləşən Siekopai qəbiləsi arasında ən azı 15 koronavirusa yoluxma faktının aşkarlandığını və iki nəfər yaşlı xəstənin öldüyünü bildirir. 744 üzvü olan qəbilə üzvlərinin əksəriyyətində koronavirus əlamətləri müşahidə olunur. Tarapoa şəhərinin həkimləri isə bunun yalnız güclü qrip olduğunu söyləyirlər.

Qəbilənin başçısı Castin Piaguaje hökumətdən kömək istədiklərini, lakin heç bir cavab almadıqlarını söyləyib: "Keçmişdə xəstəliklərə çox qurban vermişik, tarixin təkrarlanmasını istəmirik."

“Reuters”-ə məlumat verən yerli CONFENIAE təşkilatı Siekopaidən başqa Amazondakı digər yerli qəbilələrin arasında da koronavirusa yoluxma hallarının olduğunu açıqlayıb.

Rəsmi məlumatlara görə, Braziliya və Perudan sonra Cənubi Amerikada koronavirusunun ən çox yayıldığı Ekvadorda aprel ayında inanılmaz bir hadisə baş verib. Quayaquildəki bir xəstəxanada müalicə alan Covid-19 xəstəsi Alba Marurinin valideynləri onun mart ayında öldüyü bildiriblər.

Sonra Maruriyə aid olduğu bildirilən kül evə göndərilib. Əslində isə həmin vaxt komada olan Maruri aprel ayında komadan çıxıb. O, həkimlərdən bacısına zəng etmələrini istəyib. Marurinin telefon zəngindən heyrətə gələn ailə onlara göndərilən külün kimə aid olmasına görə təəccüb içərisindədir. Xəstəxana Maruri ilə bağlı baş verən qarışıqlıq üçün üzr istəyib.

Marurinin bacısı Aura bu hafisənin əsl möcüzə olduğuna inanır: “Təxminən bir aydır Marurinin öldüyünü düşünürdük. Təsəvvür edin! Üstəlik bizə başqasının külü göndərilib."

Mənbə yazır ki, Ekvadordakı səhiyyə sistemi epidemiya səbəbindən demək olar ki dağılmaq üzrədir və xəstəxanalar tam xaos içindədir.

Cənubi Amerikada epidemiyanın mərkəzi olan Braziliyada isə xəstəxanadan qaçan koronavirusu xəstə Arlen Laranjeira Bezerra səkidə ölüb qalıb. Hər gün onlarla cəsədin kütləvi məzarlıqda dəfn edildiyi Amazonas əyalətinin ən böyük şəhəri olan Manausda yaşayan bu şəxsin cəsədi xəstəxanadan təxminən 200 metr məsafədə olan səkidə tapılıb. Sosial mediada yayılan görüntülərdə cəsəd tapılarkən onun ailə üzvlərinin hıçqırıq içində boğulduqları görünür. Hadisə yerinə çağırılan qruplar başdan ayağa qoruyucu geyimdə olublar və cəsədin ətrafına təhlükəsizlik zolağı çəkilib. Bu vaxt Arlen Laranjeira Bezerranın qohumlarından biri cəsədin şəklini mobil telefonuna çəkib.

Səhiyyə naziri Luis Mandettanı əvəzləyən Nelson Teiç Manausda koronavirusla əlaqədar xəstəxananın inşa ediləcəyini açıqlayıb. Braziliyada koronavirusunun ən çox yayıldığı şəhər olan Manaus Amazon cəngəlliyində yerləşir. Amazonas əyalətinin paytaxtında mövcud xəstəxanalar həftələrdir tamamilə dolub, səhiyyə sistemi həyəcan təbili çalır.

Artıq ABŞRusiya ilə yanaşı koronavirusun yayılmasının yeni mərkəzinə çevrilən Braziliyada son bir gündə 633 nəfər ölüb. Ölkədə virusdan ölənlərin sayı 7 min 921 nəfər təşkil edir. Braziliya Səhiyyə Nazirliyi xəstəliyə yoluxanların sayının 9 min 493 nəfər artaraq 114 min 715-ə çatdığını açıqlayıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Mənim anamın milliyəti belədir, bəzilərinin anasının heç kimliyi bilinmir” - Artur Rasizadə

Əli Kərimli: “Hökumətin gözü arxada qalmasın...”

Şəhid mayorun qızı ilə son “WhatsApp” yazışması 

General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 5 hərbçi şəhid olub - Siyahı 

Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı - Video

Tovuzda silahlar susmur, evlər viran qoyulur - Fotoreportaj

Azərbaycan ordusunun generalı şəhid olub - Rəsmi açıqlama

Azadlıq meydanında izdiham yaşanır: Xalq ordumuza dəstəyini yürüşlə ifadə edir - Canlı yayın

“Ermənistanın Tovuza hücumu 3 səbəblə bağlıdır…” – Eldar Namazov

“16 zabitini itirdi, 3-ü polkovnik, ikisi general…” – Erməni ordusuna ağır zərbə

Prezidentin və Birinci vitse-prezidentin qəti mövqeyi: Güzəşt olmayacaq!

loading...

Ən çox oxunanalar