Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaş müraciət etmədiyi halda ona 190 manat təyin edilib - Müəmma

"Müraciət etməmişəm, amma 190 manat ödənilib"...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşın müraciət etmədiyi halda ona 190 manatlıq birdəfəlik ödəmənin təyin olunması ilə bağlı səsləndirdiyi iddiaya münasibət bildirib.

PİA.az-ın xəbərinə görə, qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, müraciəti həmin vətəndaşın adından bacısı edib:

"Elnarə Məmmədova adlı şəxs facebook səhifəsində birdəfəlik ödəmə alanların siyahısında onun da olduğunu görüb və müraciət etmədən ona ödəniş təyin edildiyindən təəccübləndiyini, hətta şoka düşdüyünü yazır. Dərhal araşdırdıq. Məlum oldu ki, xanımın bacısı Almaz Məmmədova onun şəxsiyyət vəsiqəsi məlumatı əsasında müraciət edib, öz əlaqə nömrəsini daxil edib. Meyarlara uyğun olduğu üçün ödəmə təyin olunub, bu barədə də sms qeyd edilən nömrəyə gedib.

Birdəfəlik ödəmə vəsaiti hazırda poçtda öz sahibini gözləyir".(Pravda.az)

pia.az

 


Etiket: 190 manat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar