Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkəmizə qayıtmaq istəmirik” - Azərbaycanda qalan əcnəbi idmançılar

Dünyanı bürüyən koronavirus pandemiyası idman sahəsinə də böyük zərbə vurmaqda davam edir.

Dünyanın bir çox ölkəsində idmançılar, məşqçilər, rəhbərlər bu virusa yoluxurlar.

Onların arasında kifayət qədər tanınmış simalar da var. Son olaraq Belçika millisinin futbolçusu Maruan Fellainidə koronavirus infeksiyası aşkarlanıb. İdman sahəsində fəaliyyət göstərən üç nəfər bu xəstəlikdən ölüb. "Real"ın keçmiş prezidenti Lorenzo Sanz, iranlı futzal məşqçisi Əhməd Taheri və 21 yaşlı ispaniyalı məşqçi Fransisko Qarsiya məhz bu virusun qurbanı olublar.
Xəstəliyə düçar olanlar arasında sağalanlar da var. Bəzi klublar futbolçularının koronavirusa yoluxduğunu təsdiqləsə də, onların adlarını gizli saxlayıblar. Həmçinin bəzi klubların, eyni zamanda "Formula-1" komandalarının işçilərində də bu xəstəlik aşkarlanıb.

Azərbaycanda isə hansısa idmançının koronavirusa yoluxma halı müşahidə edilməyib. Bunu mətbuata açıqlmasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bildirib. Sitat: “Dünyada bu virusa yoluxan idmançılar barədə məlumatlarımız var. Amma bizim test qrupumuza daxil olan və test etdiyimiz idmançılar arasında belə bir fakt aşkarlanmayıb”.

Bəs görəsən karantin rejiminə görə, Azərbaycanda qalmış əcnəbi idmançılar nə düşünürlər?

Qadınlardan ibarət “Azərreyl” klubunun seneqallı voleybolçusu Mbayanq Sekin dediyinə görə, bu virus gündən-günə daha çox yayılır. “İndiki durumda öz ölkəmə qayıtmaq istəmirəm. Bəli, hər gün valideynlərimlə danışıram. Onlarla söhbətdə də bir-birimizə profilaktiki tədbirlərə əməl etməyi məsləhət görürük. Çünki bunlar koronavirusla mübarizədə zəruridir. Hər gün Quran oxuyuram. Həmçinin evdə idmanla məşğul oluram”.

Azərbaycan çempionatında çıxış edən sloveniyalı voleybolçusu Moytsa Pene isə deyir ki, mövsümün ən yaxşı hissəsində, ən gərgin matçların keçirildiyi vaxtda koronavirus hər şeyi korladı. Bizim mövsümlə bağlı hədəfimizə çatmağa – çempionatın qalibi olmağa yaxşı imkanlarımız var idi.

Azərbaycan Voleybol Federasiyası mövsümün dayandırılmasını elan edən vaxt Avropada vəziyyət çox gərgin idi. Mən əslən İtaliya ilə qonşu olan Sloveniyadanam. Ona görə də vəziyyət Sloveniyada da gündən-günə pisləşirdi. Klubla razılıq əsasında burda qaldım. Birincisi, təcili şəkildə yola çıxmaq istəmədim. Çünki böyük insan kütlələri yolda idi və aeroportlar dolu idi ki, sosial məsafəni qorumaq mümkün olmazdı. Bu üzdən bir-iki həftə burada gözləmək istədim ki, vəziyyət sakitləşsin. Azərbaycanda özümü burada təhlükəsizlikdə hiss etdim və hələ də bu qərarımda qalıram”.

"Səbail”in qapıçısı Aleksandr Rıbka isə ölkəsi Ukraynanın mətbuatına müsahibəsində Azərbaycandakı karantin rejiminin özəlliyindən danışır:

Kiyevlə daim əlaqə saxlayıram. Buna əsasən deyə bilərəm ki, Azərbaycanda karantin rejimi daha sərtdir. Evimizin həyətində bir mağaza var, problemsiz ora gedə bilərsiniz. Bazara getmək lazımdırsa, xüsusi nömrəyə mesaj göndərməli və cavab olaraq SMS icazəsi almalısınız. Artıq iki dəfə SMS-dən istifadə etmişəm. Dostlarımın yoldaşları deyirlər ki, şəhərdə tıxaclar olur. Bəzən maşınları dayandırıb, evi tərk etmək icazəsi olub-olmadığını yoxlayırlar. Sonradan problemlə üzləşməmək üçün SMS göndərmək daha yaxşıdır. Mağazaya yalnız maska, əlcək taxıb əllərinizi antiseptiklə təmizləməklə gedə bilərsiniz. Karantin yeni başlayanda gəzinti meydançasında gəzib, basketbol oynamaq mümkün idi. İndi hər kəs üçün küçəyə çıxmaq qadağası var. Kiyevdə deyirlər ki, Obolonski sahili boyunca qaça bilərsiniz. Burada belə genişlik imkanı yoxdur. Azərbaycanda xəstələr azdır, səlahiyyətli qurumlar virusun yayılmaması üçün bütün tədbirləri görüblər”.

Səbuhi Məmmədli

pia.az


Etiket: Karantin rejimi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar