Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etibar Məmmədov: "İcra başçıları yüksək vəzifəli şəxslərə güvənərək rüşvət alırlar"

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədov son günlər DTX-nın keçirdiyi əməliyyat zamanı ifşa olunaraq həbs olunan icra başçılarından danışıb...

PİA.az bildirir ki, Etibar Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, həmin icra başçıları ictimai nəzarətin zəifliyindən bu qədər çirkin əməllərə əl atıblar:

"Nə qədər ki, ictimai nəzarət lazımı səviyyədə deyil və Azərbaycan hakimiyyəti ictimai rəyə ciddi fikir vermir, o zamanadək həmin məmurların rüşvətxorluğu davam edəcək və bu istiqamətdə mübarizə aparmaq çətin olacaq. Diqqət edin, həbslərlə rüşvətxorluq və korrupsiyanın qarşısını almaq o qədər də effektiv nəticələr vermir, həmin məmurlar öz əməllərini yenə də davam etdirir, xalqı incidirlər, dövlətin vəsaitlərini mənimsəyirlər. Məmurlara qarşı son həbslər Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılansa da, ancaq ümumi nəticə dəyişmir. İcra Hakimiyyəti başçıları öz çirkin əməllərindən çəkinmirlər, yenə də rüşvətə əl atırlar. Mən vəziyyətdən çıxış yolunu hökumətin və icra hakimiyyəti orqanlarının üzərində ictimai və parlament nəzarətinin gücləndirilməsində görürəm. İstənilən şikayətlərə operativ reaksiya verilməlidir, bu məsələdə hüquq-mühafizə orqanları vətəndaşların şikayətlərini obyektiv araşdırmalıdır. Ümumiyyətlə, elə nəzarət mexanizmi yaradılmalıdır ki, İcra Hakimiyyətləri özlərini sərbəst hiss etməsinlər!".

E.Məmmədov qeyd edib ki, İcra Hakimiyyətləri seçkili orqanlara çevrilməlidir və onlara mərkəzi hakimiyyət tərəfindən nəzarət gücləndirilməlidir:

"Belə olarsa, o zaman aparılan mübarizənin də effekti olacaq. Bu gün İcra Hakimiyyətləri orqanlarının heç birinə ciddi nəzarət olmadıəğı üçün onlar öz bildiklərini edirlər, qanunlara tabe olmurlar. Nəticədə də bu cür xoşagəlməz vəziyyət ortaya çıxır.

Digər tərəfdən isə həbs olunan İcra Hakimiyyəti başçıları yüksək vəzifəli şəxslərə güvənərək bu hərəkətləri edirlər. Əgər onların güvəndiyi vəzifəli şəxslər olmasaydı, o zaman bu qədər açıq cinayətlər törətməzdilər".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar