Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yumşalmalar ləğv edilsin” - Baş infeksionistdən çağırış

"Operativ Qərargahın qaydalarına əməl olunmasa, tədbirlər yenidən sərtləşdirilə və yumşalmalar ləvg edilə bilər"...

Bunu ölkənin baş infeksionisti Cəlal İsayev iki gündür Azərbaycanda koronavirus infeksiyasına yoluxan xəstələrin sayında olan artıma münasibət bildirərkən deyib.

İnfeksionist bunun səbəbini vətəndaşların verilən tövsiyyələrə əməl etməməsində görür:

"Mayın 5-də koronavirusa yoluxanlarının sayının kəskin artmasına səbəb vətəndaşların verilən tövsiyyələrə əməl etməməsidir. Aprelin 27-dın sonra Azərbaycanda vəziyyət stabilləşmişdi. Hamı da bundan sevinirdi ki, may ayında virusa yoluxanların sayında azalma müşahidə olunar və ayın sonuna yaxın da hissə-hissə karantindən çıxarıq. Amma görürsünüz ki, rejimə əməl edən yoxdur, tövsiyyələrə məhəl qoymurlar. Əhalinin bir hissəsinə işə çıxmasına icazə verilib. İşə gedənlərlə yanaşı SMS-lə icazə alıb evdən çıxanlar da var. Onlar 3 saat müddətində ictimai nəqliyyatdan istifadə edirlər. Avtobusda isə maska taxmırlar, ara məsafə gözləmirlər. Bütün bunlar bir başa xəstələrin sayının artmasına səbəb olur. Məsələn, o gün bankın qarşısında böyük növbənin şahidi oldum. Vətəndaşlar bir-birinin üstündə, üstəlik də heç biri maska taxmayıb”.

Cəlal İsayevin insanları vəziyyəti başa düşməyə çağırıb:

"Əgər biz yay mövsümünü rahat keçirmək istəyiriksə, qərargahın verdiyi tövsiyyələrə əməl etməliyik. Əməl olunmasa tədbirlər ola bilər ki, yenidən sərtləşdirilsin və yumşalmalar ləvg edilsin”.(Qaynarinfo)

pia.az


Etiket: Cəlal İsayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar