Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın son Qarabağ açıqlaması - Müsbətə doğru irəliləyiş, yoxsa yenə oyun?

Ermənistanın hansısa prinsipə müsbət cavab verəcəyi gözləniləndir?..

Politoloq: “Paşinyanın bu açıqlaması bir daha göstərir ki, Lavrov danışıqlar masasında baş verən hadisələri dəqiqliklə bildirib. Bu mərhələli həll planıdır”

“Görünən odur ki, biz yaxın vaxtlarda Ermənistanda Dağlıq Qarabağla bağlı müxalifət-iqtidar danışığının şahidi olacağıq”.

Bu sözləri politoloq Zaur Məmmədov Paşinyanın Dağlıq Qarabağla bağlı verdiyi son açıqlamasını PİA.az-a şərh edərkən qeyd.

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama verib. Paşinyan Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlamasına dolayısı ilə cavab verib.

Ermənistanın heç bir rəhbəri mənim kimi Qarabağ münaqişəsi ilə bağlı öz yanaşmasını açıq göstərməyib. Əgər danışıqlarda bizim prinsiplərimizə uyğun təklif olarsa, parlamentin qapalı iclasını keçirib müzakirə aparacayıq”.

O, münaqişə ilə bağlı heç bir sənədi siyasi qüvvələrlə məsləhətləşmədən imzalamayacağını açıqlayıb.

Ermənistanın hansısa prinsipə müsbət cavab verəcəyi gözləniləndir yoxsa, bu da Ermənistanın növbəti baş aldatma oyunudur?

PİA.az-ın əməkdaşı bu mövzunu Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “İndiki məqamda masa üzərində olan ətraf rayonların qaytarılmasıdır ki, Paşinyan bunu dolayısı yolla boynuna alıb”.

Ətraf rayonların qaytarılmasından sonra bölgədə sülhün təmin olunması ilə bağlı Rusiyanın təklifinin hər iki ölkə tərəfindən sual doğurduğuna diqqət çəkən politoloq PİA.az-a açıqlamasında bildirib ki, bu rus sülh məramlılarının bölgəyə yerləşdirilməsidir. Bəllidir ki, bununla bağlı AzərbaycanErmənistan tərəfi razılıq verməyəcəklər:

“Paşinyan bir neçə gün öncə Mnatsakanyanın dediyini ifadə edib. Mnatsakanyan bildirmişdi ki, biz ətraf rayonların qaytarılmasına bir şərtlə razı olarıq ki, Qarabağın yekun statusu həll edilsin. Yəni faktiki olaraq Qarabağın ermənilərər verilməsindən və yaxud müstəqilloyindən gedir.

Təbii ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı öz qəti mövqeyini hər zaman bildirib. Azərbaycan tərəfi daim bildirib ki, Dağlıq Qarabağın yekun statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələlərin birində həllini tapacaq. Azərbaycanla Ermənistan arasında mübahisənin ən böyük səbəbi də budur.

Bir yandan da Paşinyanın bu açıqlaması bir daha göstərir ki, Lavrov danışıqlar masasında baş verən hadisələri dəqiqliklə bildirib. Bu mərhələli həll planıdır. İndiki məqamda masa üzərində olan ətraf rayonların qaytarılmasıdır ki, Paşinyan bunu dolayısı yolla boynuna alıb. O bildirib ki, bu məsələni parlament fraksiyası ilə müzakirə etməyə hazıram.

Zaur Məmmədov: “Paşinyan bu ilin yanvar ayında Qafanda çıxışı zamanı bildirmişdi ki, Dağlıq Qarabağ erməniləri masa üzərində olan mərhələli həll variantından məlumatlıdırlar”.

Onsuz da Paşinyan bu ilin yanvar ayında Qafanda çıxışı zamanı bildirmişdi ki, Dağlıq Qarabağ erməniləri masa üzərində olan mərhələli həll variantından məlumatlıdırlar. Bundan əvvəl Ermənistan hakimiyyəti, yəni Serj Sərkisyan bunu müzakirə edib və onlar öz fikirlərini bu həll variantına görə bildirməlidirlər. Görünən odur ki, biz yaxın vaxtlarda Ermənistanda Dağlıq Qarabağla bağlı müxalifət-iqtidar danışığının şahidi olacağıq.

Digər tərəfdən məsələ burasındadır ki, ətraf rayonların qaytarılmasından sonra bölgədə sülhün təmin olunması ilə bağlı Rusiyanın təklifi hər iki ölkə tərəfindən sual doğurur. Bu rus sülh məramlılarının bölgəyə yerləşdirilməsidir. Bəllidir ki, bununla bağlı AzərbaycanErmənistan tərəfi razılıq verməyəcəklər. Amma əgər beynəlxalq sülhməramlılardan söhbət gedərsə, bu artıq müzakirə olunacaq məsələyə çevriləcək.

Düşünürəm ki, bununla bağlı hər iki tərəf razılığını verəcək. Amma bir daha qeyd edim ki, AzərbaycanErmənistan arasında ən böyük maneə Qarabağın statusu ilə bağlıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar