Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Özbəkistanın yeni səfirini qəbul edib

Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarov Özbəkistanın Azərbaycana yeni təyin olunan səfiri Bahrom Aşrafxanovu qəbul edib...

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfir Bahrom Aşrafxanov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Bahrom Aşrafxanovu səfir təyin olunması münasibətilə təbrik edib və qardaş Özbəkistan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə ediblər. Ticarət və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Mövcud pandemiya ilə mübarizə kontekstində ölkələr arasında qarşılıqlı dəstək və əməkdaşlığın zəruriliyi vurğulayan tərəflər, ümumdünya sağlamlıq böhranından sonrakı dövrdə ikitərəfli əməkdaşlıq gündəliyində duran tədbirlərin həyata keçirilməsi üzrə fikri mübadiləsi aparıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar