Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

75 yaşlı sabiq deputat karantin rejimini pozub "Torqovı"da gəzintiyə çıxdı - Foto

75 yaşlı Hüseynbala Mirələmov xüsusi karantin qaydasını belə pozdu...

Xüsusi karantin rejimi çərçivəsində riayət edilməsi tələb olunan əsas qaydalardan biri 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulmasıdır.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı ilə 65 yaş kateqoriyasına aid şəxslərin evdən bayıra çıxmalarının məhdudlaşdırması ilə bağlı qərar verilib.

Lakin görünür, dünya ölkələrində qorxunc virusa yoluxmamaq üçün edilən xəbərdarlıqlara səhlənkar yanaşma halları ölkəmizdə də öz axarı ilə davam edir. Maraq və bir o qədər də təəccüb doğuran məqamlardan biri isə məhz ictimaiyyətdə müəyyən nüfuza malik insanların qaydaları asanlıqla pozmasıdır.

Yenicag.az-ın xəbərinə görə, xüsusi karantin qaydalarını pozanlardan biri də sabiq millət vəkili, son parlament seçkilərində dairəsinin nəticələri ləğv olunan Hüseynbala Mirələmovdur.

Müşahidələrimizə görə, yaşlı şəxslərin evdən çıxmaması ilə bağlı məhdudiyyət “Torqovi”da yaz günlərinin dadını çıxaran sabiq deputatlar 75 yaşlı Hüseynbala Mirələmov və Vəsadət Əzizov (Vəsadət müəllimin 65 yaşı bir neçə ay sonra tamam olur) üçün heç də maraqlı deyil.

Hətta onu da vurğulayaq ki, prezidentin koronovirusla mübarizəyə dəstək çağırışına qoşulanların arasında da Hüseybala Mirələmov, Hadı Rəcəbli və digər bir sıra eks-deputatın adına rast gəlmək mümkün olmadı. Ola bilər, Hüseynbala Mirələmov koronavirus pandemiyasının mövcudluğuna inanmasın. Ancaq bütün hallarda millətin vəkilinin karantin qadağasını belə rahatlıqla pozması cəmiyyət üçün pis örnəkdən başqa bir şey deyil.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, icazə SMS-i alan yaşı 65-dən yuxarı şəxslərin evdən çıxması karantin rejiminin pozulması sayılır.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar