Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərin dövlətlər necə yaranıb? - Arendtın məktubları və paralel quruluşun tarixi missiyası...

Kapitalizmin azad rəqabət dövründə Dərin dövlət fenomeni yox idi. 20-ci əsrdə ortaya çıxmasının səbəbi isə imperialist inhisarların ehtiyac və maraqlarını əks etdirməsidir...

Əhməd Kaplan

“Sendika63.org” saytı, Türkiyə, 30 aprel 2020-ci il

Bizim insanlar Dərin dövlətin ancaq Türkiyə kimi ölkələrdə olduğunu düşünürlər. Dərin dövlət bir növ ordunun qəyyumluğunda olan bir siatem kimi başa düşülür. Əlbəttə ki, dərin dövlətdə ordunun çəkisi daha çoxdur. Ancaq Dərin dövlət təkcə ordunun deyil, həm də imperializmin qəyyumluğundadır. Çünki Türkiyədəki Dərin dövlət qurumları 1950-ci illərdə birbaşa olaraq ABŞ Dərin dövləti tərəfindən yaradılmışdı.

Hannah Arendt 13 may 1953-cü ildə əvvəllər müəllimi olan Karl Caspersə yazdığı məktubda ABŞ-dakı prosesləri anladıb. O dönəmdə Makkartinin dönəmi idi və cadugər ovu bütün sürətilə davam edirdi. Arendt qeyd edir ki, ən vacib proses dövlət maaşının iqtidarı, qanuni səlahiyyətləri olmamasına rəğmən, şüurlu şəkildə qurulan və qanuni səlahiyyətləri ələ keçirən paralel bir idarəetmədir. Arendtə görə, bu yalnız mülki xidmətlərlə məhdudlaşmır, məktəblər, universitetlər və bütün əyləncə sektoru onların nəzarəti altındadır.

Arendt məktubu bizə ABŞ Dərin dövləti barədə çox maraqlı məlumatlar verir. Məsələn, bu paralel dövlətin yaranmasında kommunistlərin rolunu açıq şəkildə vurğulayıb. Hətta bunların kommunist partiyalarında istifadə etdikləri totalitar üsulları paralel dövlət quruluşuna daşıdıqlarını göstərir. Arendt bu insanları çox yaxşı tanıyır, çünki bu insanlarla dostdur. O, bəlkə də paralel dövlətin bir hissəsi deyil, amma onlarla işləyən, hətta dəstəyini alan, eyni zolaqda işləyən və buna görə də hadisələri bilən biri kimi yazır.

Arendt bu paralel dövlətin Ford və Rokfeller fondları və Mədəni Azadlıq Konqresi kimi fondları və universitetləri necə nəzarəti altına aldığını açıq şəkildə izah edir. Əslində, qaradərililərin və ispan mənşəli insanların dəhşətli irqçi təzyiqlərə məruz qaldıqları bir vaxtda Arendt qeyd edib ki, ziyalıların əksəriyyəti yəhudi mənşəli olduğu üçün və paralel dövlətin də bu ziyalılara ehtiyacı olduğu üçün antisemitizm yox idi. İrqçilik yəhudi və ya qara dərili olan hər kəs üçün bir təhlükədir, ancaq irqçilik mövzusundan danışdıqda Arendtin ağlına gələn yeganə azlıq yəhudilərdir. Bunun adı ən yüngül halda millətçilikdir. Yeri gəlmişkən, qaradərili insanlar da o dövrdə bir çox ştatda səs vermək hüququna malik deyildilər və ağ dərili insanlarla eyni məkanda olmalarına, onlarla nəqliyyat vasitələrində yan-yana oturmalarına icazə verilmirdi.

Arendt totalitarizm anlayışı ilə anti-kommunist dairələrin filosofuna çevrilmişdi. Bu dairələrin ən böyük iddialarından biri də sosialist ölkələrinin, xüsusən Sovet ölkələrinin müxalifləri ruhi xəstəxanalara bağlaması idi. Arendt Caspersə yazdığı məktubda qeyd edib ki, Koreya müharibəsi zamanı əsir düşən əsgərlər arasında kommunizm mikrobunu tutanlar ABŞ-a qayıtdıqda ruhi xəstəxanalara atılmışdılar. Bu, bilinən bir faktdır, amma illərini sovet totalitarizmi ilə mübarizə aparmaqla keçirmiş Arendt bunu yaxşı bilsə də, məsələ ilə bağlı heç bir mövqe ortaya qoymayıb.

Arendtin paralel dövlət dediyi şeyə biz bu gün Dərin dövlət deyirik. Dərin dövlət deyilən şey bildiyimiz kimi bir faşizmdir. Başqa sözlə, bu, dövlətin qərar qəbuletmə mexanizmlərinin əsasən ordu, kəşfiyyat və polisdən ibarət təhlükəsizlik qurumlarına keçdiyini göstərir. Arendt məktubunda icra qurumlarının başçısının diktator səlahiyyətləri olan bir ölkədə icra (idarəetmə) və qanunvericilik (parlqment) arasındakı münasibətlərin tərsinə çevrilməsini, yəni icra qurumunun başçısının qanunvericilik və məhkəmə üzərindəki səlahiyyətinin artmasını maraqlı bir proses adlandırıb.

Dərin dövlət

ABŞ-dakı dərin dövlətin gücünün gəldiyi nöqtə Ergin Yıldızoğlunun “BirGün" qəzetində yazdığı məqalədə aydın şəkildə üzə çıxır. Qlennon ABŞ dövləti üçün işləyən bir akademikdir, yəni içəridəki hər şeyi bilir. Cənab Yıldızoğlunun dediyi kimi, Qlennonun sözlərinə görə: “Amerika dövlətində qanunverici-icraçı-məhkəmə orqanlarına seçkilərlə gəlib gedən insanlar, televiziyalarda, mərasimlərdə, beynəlxalq səfərlərdə görünən siyasətçilər qərar qəbul etmirlər. Sayları minə çatan təhsilli, xalqın cahilliyinə, iradəsinə nifrət edən yüksək səviyyəli bürokratların idarə etdiyi daxili və beynəlxalq təhlükəsizlik aparatı qərarları qəbul edir, təsdiqləyir və qüvvəyə minməsi üçün siyasətçilərin qarşısına qoyur”.

Əlbəttə, əlavə etmək lazımdır ki, bu minə yaxın bürokratın əlinin altında işləyən yüz minlərlə insan var.

2010-cu ildə “Washington Post” qəzetində çıxan bir xəbərə görə, ABŞ kəşfiyyat orqanlarında çalışanların sayı hərbi kəşfiyyat da daxil olmaqla təxminən 845 mindir. Bu qurumların 52 milyardlıq bir büdcəsi var. Bunlar birbaşa 1271 dövlət qurumuna və 1931 özəl quruma nəzarət edirlər. Bu siyahıya ordu və onunla əlaqəli olan qurumlar, qeyri-hökumət təşkilatları, fondlar və s. daxil deyil. Bu rəqəmlər ABŞ Dərin dövlətinin həqiqi gücünü ortaya qoyur.

Türkiyənin solçu kəsimləri Dərin dövlətin yalnız Türkiyə kimi ölkələrdə olduğunu düşünür. Bu, bir növ ordu qəyyumluğuna endirilib. Əlbəttə ki, dərin dövlətdə ordunun ağırlığı yüksəkdir. Ancaq Dərin dövlət təkcə ordunun deyil, imperializmin qəyyumluğundadır. Türkiyədəki Dərin dövlət qurumları 1950-ci illərdə birbaşa ABŞ Dərin dövləti tərəfindən yaradılmışdı. Hətta MKT və s. kimi qurumların işçilərinin təhsilini, maaşlarını və bir çox ehtiyaclarını birbaşa ABŞ ödəyirdi.

Əlbəttə, imperializmin dövlət üzərindəki gücü yalnız MKT-dan və Səfərbərlik üzrə Təftiş Şurası kimi əks-partizan qurumlarından ibarət deyil. Ordu başda olmaqla, təhsil, səhiyyə, iqtisadiyyat və başqa sahələr dövlət bürokratiyasına yayılıb. Nəinki dövlət qurumları, hətta Türk-İş kimi birliklər də MKİ-nin nəzarəti altında olan quldur ittifaqları tərəfindən təşkil olunublar. Türk-İş həm martın 12-də, həm də sentyabrın 12-də hərbi idarələrə nazir təyin edib Türk Dərin dövləti və ya əks-partizan quruluşları ABŞ imperializminin davamçısıdır. Mahir Çayan bu anlayışı imperializmin daxili bir fenomeni kimi xarakterizə edirdi.

Kapitalizmin azad rəqabət dövründə Dərin dövlət fenomeni yox idi. 20-ci əsrdə ortaya çıxmasının səbəbi isə imperialist inhisarların ehtiyac və maraqlarını əks etdirməsidir. İnhisarçı maliyyə oliqarxiyasının əldə etdiyi inhisarlaşma prosesi siyasətdə də inhisarçılığı, yəni siyasi qərar qəbuletmə proseslərinin bütün burjuaziyanın əlindən alınıb, bir ovuc inhisarın nəzarətinə verilməsini tələb edirdi. Bu prosses 20-ci əsrin əvvəllərində parlament demokratiyasının böhranı kimi özünü büruzə verdi. Bolşevik inqilabı və digər inqilabi dalğalar bu böhranı daha da dərinləşdirdi. Dərin dövlət qurumları faşizm kimi parlament demokratiyasının böhranına qarşı imperialist inhisarların bir cavabıdır. Bununla bağlı ilk ideya 20-ci əsrin ilk onilliklərində ortaya atılmış və praktik olaraq bir çox Avropa ölkələrində, xüsusən də İtaliya və Almaniyada faşistlər hakimiyyətə gəlmişdilər. Bəzilərində parlamentlər ləğv olunmuş, digərlərində isə qərar proseslərindən tamamilə kənarlaşdırılmışdı. 1945-ci ildən sonra imperialist dövlətlərdə açıq faşist rejimlərinin qurulması siyasi cəhətdən mümkün deyildi. Dərin dövlətlər bu mövzuda bir həll yolu olaraq ortaya çıxdı.

Qeyd:

Arendt ikiüzlü bir alim idi. ABŞ-dakı faşist qurumların yüksəlişini daxildən izlədi və yalnız öz məktublarında bu faşist təsisatların adını çəkdi. Nə Dərin dövlətə, nə ABŞ-dakı irqçiliyə, nə də ABŞ-ın imperialist işğallarına qarşı açıq şəkildə etiraz etməmişdi. Real həyatda bu faşist təsisatlarının dəstəyindən tam istifadə edirdi. Totalitarizm anlayışından sosialist ölkələrini nasist faşizmi ilə eyniləşdirmək üçün istifadə etdi. Həmçinin, alman imperializmini nasist ləkəsindən azad etmişdi.

Haydegger kimi faşist filosoflarının bərpası üçün mübarizə apararkən, totalitarizmə qarşı çıxmaq üçün ölkələrinin müstəqilliyi uğrunda mübarizə aparan Vyetnam partizanlarına da qarşı çıxırdı. Ona görə də, təbii olaraq, ABŞ Dərin dövlətinin ən sevilən və dəstəklənən mütəfəkkirlərindən biri oldu. Caspersə yazdığı məktubda paralel bir quruluş olan Mədəni Azadlıq Konqresinin nə mədəniyyət sahəsində, nə də azadlıq sahəsində bir iş görmədiyini bildirmişdi. Bu paralel quruluşun keçmiş kommunistlər tərəfindən yaradıldığını deyərkən, köhnə trotskistləri nəzərdə tuturdu. Ancaq bunlar onsuz da anti-kommunist idilər və saxta bayraq əməliyyatı üçün Trotski tərəfindən mühasirəyə alınmışdılar.

Məktubunda Arendt bütün bu quruluşları, qurumları və şəxsləri iyrənc şəkildə xatırlayır. Buna baxmayaraq, ölənə qədər bu şəxslər və təşkilatlarla əlaqələrini davam etdirdi və bütün bu faşist qurumlar, xüsusilə Konqres Arendt və tezislərini sona qədər dəstəklədi. Bu dəstəklər sayəsində Arendt məşhur bir alim oldu.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar