Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“May ayında 300-dək şəxsin həbsdən azadlığa çıxması nəzərdə tutulur”

“Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycanda humanizm siyasəti həyata keçirilib, bu siyasət bu gün də davam etdirilir”...

Bunu Milli Məclisin bu gün keçirilən iclasında 8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı Milli Məclisin komitə sədri, millət vəkili Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, Azərbaycanda bu günə qədər 68 əfv sərəncamı imzalanıb, 11 Amnistiya Aktı qəbul edilib: “Bunlar kifayət qədər insana şamil olunub. Virusla əlaqədar ölkə başçısı tərəfindən son əfv sərəncamı da kifayət qədər insanı əhatə etdi. May ayı ərzində cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa çıxması nəzərdə tutulur. Azadlığa çıxan insanların sosial adaptasiyası problemi mövcuddur. Bu insanların 60%-i yenidən həbsə qayıdır. Çünki adaptasiya prosesində problemlər var. Bu problemi azadlığa çıxandan sonra yox, ona qədər yerində həll etməliyik. Elə cəzalar var ki, onların ictimai təhlükəsi yoxdur. Belə cəzaları kənd təsərrüfatı, inşaat və s. sahələrə yönləndirə bilərik. Bu şəxslər həbs psixologiyası ilə azadlığa çıxır, bir müddətdən sonra yenə hansısa əməlinə görə həbsə qayıdır. Avropa ölkələrinin bu təcrübəsindən istifadə etmək lazımdır. Məsələn, yüngül avtomobil qəzaları və s. kimi cəzalar törətmiş şəxslərə şamil olunan cəza tədbirlərinin müvafiq forması tapmalıdır. Avropa ölkələrində bu cəzaları törədən şəxslər həftənin 5 günü işləyir evində qalır, həftə sonunu isə həbsxanada keçirir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar