Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyada koronavirusdan daha çox qaradərililər ölür - Müəmma

Böyük Britaniyada müxtəlif etnik qrupların nümayəndələri arasında koronavirusdan ölüm nisbəti fərqlidir...

Belə bir nəticəyə Birləşmiş Krallığın Fiskl Tədqiqatlar İnstitutunun (IFS) alimləri gəliblər.

Bu barədə saytın hesabatında bildirilir. Ölkə xəstəxanalarında adambaşına düşən ən yüksək ölüm nisbəti Karib dənizi və Afrika ölkələrindən, həmçinin, Pakistan və Banqladeşdən olan qaradərili mühacirlər arasında qeydə alınıb.

Bu rəqəm ölkənin ağdərili əhalisindən iki-üç dəfə çoxdur. Hindlilərin diasporunda və ağ əhalinin kiçik etnik qruplarında ölüm nisbətinin daha yüksək olduğu bildirilir. Eyni zamanda, irlandlar arasında ölənlərin sayının ingilislərdən daha az olduğu qeyd edilir.

Tədqiqatçılar hesab edirlər ki, bu fərq iqtisadi və sosial amillərin kompleksi, həmçinin, vətəndaşların sağlamlıq vəziyyəti ilə əlaqədardır. Bundan əlavə, müəyyən bir ərazidə coğrafi bölgü və əhalinin sıxlığı da ölüm səviyyəsinə təsir göstərir.

Ötən gün ölkənin Baş naziri Boris Conson gələn həftə karantin rejimi tədbirlərinin yumşaldılmasının mümkün olacağını, ancaq bunun üçün bütün addımların tibb mütəxəssisləri ilə razılaşdırılacağını deyib.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Zaxarova: “Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər”

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Ən çox oxunanalar