Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nizaməddin Quliyevlə başlayan həbslər: Sırada kim var?

Ağstafanın icra başçısı Nizaməddin Quliyevlə başlanan icra başçılarının həbsi prosesi davam edir...

Xatırladaq ki, dünən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları artıq üçüncü icra başçısının “qonağı” olub. Beləliklə, Biləsuvar rayonunun rəhbəri Mahir Quliyev də digər AğstafaNeftçaladakı həmkarları kimi qolu qandalda Bakıya gətirlib.

Bu həbs həm də onu göstərdi ki, bəşəriyyəti təhdid edən koronavirus pandemiyası “yuxarılar”ın başlatdığı prosesi dayandıra bilməyib. Çoxları hesab edirdi ki, pandemiya hakimiyyəti çıxılmaz vəziyyətə salıb və belə bir situasiyada məmur həbslərinin davam etdiriməsi mümkün olmayacaq. Neftçalanın icra başçısı İsmayıl Vəliyevin həbsi prosesin son akkordu sayılırdı. Lakin gözləntilərin əksi baş verdi. İsmayıl Vəliyevin həbsinin 2 ayı tamam olandan bir neçə gün sonra Biləsuvarın icra başçısının kabineti təcridxana ilə əvəzləndi.

Mahir Quliyevin həbsi yenidən ictimai diqqəti icra başçılarının fəaliyyətinə yönəltdi. Sosial şəbəkələrdə müxtəlif bölgələri təmsil edən vətəndaşlar DTX-nın əməkdaşlarını öz rayon və ya şəhərlərində görmək arzusunu dilə gətirdilər. Bəziləri təmsil etdikləri rayon və ya şəhərlərdə baş verən qanunsuz əməlləri dilə gətirdilər.

Nəzərə alsaq ki, DTX-nın xüsusi əməliyyatları daha çox narazılıq olan bölgələrdə keçirilir, düşünmək olar ki, bu prinsip dəyişməyəcək. Daha çox narazılığı olduğu bölgələr isə ən müxtəlif üsullarla müəyənləşdirlir. Ona görə də DTX-nın arzu və istəklərə uyğun addım atacağını düşünmək yanlışlıq olardı. Hər icra başçısı həbs ediləndən sonra növbədə hansı yerli “padşah”ın olması barədə versiyalar səsləndirlir. Amma hər dəfə bu versiyalar özünü doğrultmur. Təsadüfi deyil. Sadəcə peşəkar şəkildə əldə edilmiş əməliyyat məlumatları əsasında həyata keçirilir. Bununla belə, yenə də bəzi versiyalar səsləndirmək olar.

Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun son yazısına istinad etsək ən çox şikayətlərin olduğu rayonlar Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, ŞəmkirZərdab olub. Qeyd edək ki, bu hesabat 2019-cu ilə aiddir. Siyahıda olan rayonlardan AğstafaBiləsuvar rayonlarının icra başçıları həbs edilib. Bundan başqa şöbə müdirinin məqaləsində bu hissə də diqqət çəkir:

“Yerli icra hakimiyyətlərindən daxil olmuş məlumatların təhlili göstərir ki, bəzi şəhər və rayonlardan olan vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanları ilə müqayisədə yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Nizami, Yasamal, Gəncə, Mingəçevir, Naftalan, Şirvan, Ağdam, Ağdaş, Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qobustan, Laçın, Neftçala, Saatlı, Salyan, Samux, Şabran, Şamaxı, Tovuz, Yardımlı, Zaqatala, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olmuşdur. Bu, bəzi hallarda yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə laqeyd yanaşılması ilə əlaqədardırsa, digər hallarda müraciətlərdə qaldırılan məsələlərin həmin orqanların səlahiyyətində olmaması ilə bağlıdır”.

Bi siyahıda Neftçalanın da adı var. Beləliklə, ehtimal etmək olar ki, növbəti əməliyyat bu siyahıda olan rayonlardan birində keçirilə bilər. Bunun konkret hansı rayon olacağını isə indidən söyləmək çətindir.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar