Çərşənbə axşamı, 02 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirus həbsləri - Dünyanın hər yerində Rokfeller şəbəkəsinin üzvləri həbs edilir...

ABŞ-da Rokfeller şəbəkəsinin ən yüksək səviyyəli 14 rəhbər şəxsi həbs olunub...

Ovqat.com xarici media qurumlarına istinadən xəbər verir ki, onların koronavirus pandemiyasındakı rollarını araşdırmaq məqsədilə göz altına alındıqları ehtimal olunur.

Maraqlıdır ki, əməliyyatın polis və ya xüsusi xidmət orqanları tərəfindən deyil, Pentaqon tərəfindən xüsusi gizliklə yürüdüldüyü də iddialar arasındadır. Bildirildiyinə görə, əməliyyat Ağ evdən belə, xəbərsiz aparılır.



Qeyd olunur ki, əməliyyat yalnız ABŞ-la da məhdudlaşmır. Rokfellerin Almaniya uzantısı da əməliyyat çərçivəsinə daxil edilib və orda da artıq bəzi həbslər yaşanıb. Hətta ABŞ ordusunun məhz bu məqsəddən 3 ay öncə Almaniyaya dislokasiya edildiyi vurğulanır.

Həbslərin koronavirusla əlaqəli olub-olmadığı isə dəqiq deyil, sadəcə belə bir güman var.

Qeyd edək ki, koronavirusun təbii yolla ortaya çıxmadığına dair iddialar irəli sürülür və ABŞ administrasiyası da açıq şəkildə bunu bəyan edir. Ağ evin fikrincə, virus Çində istehsal edilib və onun mənbəyinin araşdırılmasına qərar verilib. Rokfeller ailəsinə qarşı aparıldığı iddia edilən əməliyyatların bu araşdırma ilə bağlı olub-olmadığı isə bəlli deyil.



Pentaqonun bu məsələdə Rokfellerlərdən şübhələnməsi isə əsassız olmaya bilər. Çünki dünya sahibi olmağa iddialı ailəyə məxsus vəqfin hələ 2010-cu ildə hazırladığı bir proqnozda koronavirus pandemiyasından bəhs edilir və bu virusun bəşəriyyəti məhvə sürükləyəcəyi vurğulanırdı. Maraqlıdır ki, 10 il əvvəl verilmiş proqnozda bu gün baş verənlər nöqtəbənöqtə təsvir edilirdi. Hökumətlərin vətəndaşları koronavirusdan qorumaq üçün 'fövqəladə tədbirlər' görəcəklərini ifadə edən hesabatda qlobal epidemiya dövründə dünya liderlərinin səlahiyyətlərinin genişləndiriləcəyi vurğulanır, üz maskalarından tutmuş qatar stansiyaları və supermarket kimi ictimai yerlərdə termometr yoxlanışlarının məcburi hala gələcəyinə qədər tərbiqi nəzərdə tutulan bir çox məhdudiyyətlərin ən incə detallarından bəhs olunurdu. Ölkələrin virusla necə mübarizə apardığı, Çinin virusdan qurtulan ilk ölkə olacağı belə, proqnozlaşdırılırdı.



“Epidemiya dünyanı bürüdü. Tədbirlərin həyata keçirilməsi hətta inkişaf etmiş ölkələr üçün də böyük problemə çevrildi. Ancaq bir neçə ölkə bunu daha yaxşı dəf etməyi bacardı; xüsusilə Çin. Çin hökumətinin bütün vətəndaşlar üçün məcburi karantin tətbiq etməsi və sərhədlərini dərhal bağlaması milyonlarla insanın həyatını qorudu. Virusun yayılmasını digər ölkələrə nisbətən daha erkən dayandıra bilmələri onların epidemiyadan sonra daha tez toparlanmalarına şərait yaratdı”,-hesabatda belə deyilirdi.

Hesabatda pandemiyanın yalnız insanları öldürməklə qalmayacağı bildirilir, onun iqtisadi zərərlərindən də bəhs olunurdu: “Həm insanların, həm də malların beynəlxalq hərəkətliliyi dayandırıldı, turizm və qlobal tədarük zəncirləri kimi zəif sənaye sahələri çöküşə sürükləndi. Regionlarda normal olaraq ən çox işləyən mağazalar və ofis binaları aylarla həm işçiləri, həm də müştəriləri olmadan boş qaldı”.



Gələcəkdə texnologiya sahəsindəki mümkün təmayüllərə toxunan Rokfeller hesabatına görə, "Proteksionizm və milli təhlükəsizlik nəzəriyyələri” ilə hərəkət edən ölkələr Çinin bu təcrübələrini təqlid edərək öz müstəqil, regional texnologiya şəbəkələrini yaradacaqlar: “Hökumətlər internet trafikinə nəzarət etməkdə müxtəlif səviyyələrdə müvəffəqiyyət əldə etdilər, lakin bu səylər yenə də internetin dünya səviyyəsində təsirini qıra bilmədi”.

İqtisadiyyatda sektoral və dövlət səviyyəsində böyük dəyişikliklərin olacağı proqnozlaşdırılan hesabatda deyilir: “Qlobal ərzaq və qaynaq çatışmazlığı fonunda ölkələr daxili bazarlarını idxaldan qorumaq və kənd təsərrüfatı mallarını və digər mal ixracatını azaltmaq üçün ticarət maneələrini artırdılar. 2016-cı ildə bəşəriyyət Berlin divarının yıxılmasından sonra dünyada iz buraxan qlobal əməkdaşlıq və qarşılıqlı asılılığın zəiflədiyi dövrə qədəm qoydu. ”



Xatırladaq ki, 2016-cı ildə Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərini qazandı və ticarət müharibələrilə Çin və Avropanı hədəfə alaraq qloballaşmaya ciddi zərbə vurdu. Hesabatda “qlobal əməkdaşlığın və qarşılıqlı asılılığın azadılmasına” vurulan eyham da bu hadisəni ağla gətirir.

Mübahisəli hesabat Rokfeller Fondunun rəsmi saytında 25 may 2010-cu il tarixində Rokfeller Fondunun rəsmi saytında yerləşdirilmiş, bir neçə ildən sonra naməlum səbəbdən silinmişdi.

ROKFELLER KİMDİR?

Con Davison Rokfeller “Standard Oil” şirkətini təsis edərək ABŞ-ın ilk neft baronu oldu və ailə 1910-1937-ci illəri arasında dünyanın ən zənginləri statusunu qorudu.

C.D.Rokfeller öləndə varislərinə 912 milyon dollar sərvət buraxmışdı. Bu sərvət indiyə qədərki inflyasiya ilə müqayisə ediləndə təqribən 189 milyard dollar bərabər olur.

Forbes-in məlumatına görə, bu günün ən varlı adamı olan Jeff Bezos da Rokfeller ailəsinə mənsubdur və onun 114 milyard sərvəti var. Bu gün EXXON-MOBILE, CHEVRON, CITI GROUP, J.P.MORGAN-CHASE və s kimi çox böyük transmilli şirkətlərə sahib olan Rokfeller ailəsinin sərvətindən aldığı güclə dünya iqtisadiyyatına və siyasətinə yon verdiyi iddia olunur.

Bu məlumatların işığında Rokfellerlərin həbs olunması barədə xəbərlərin yayılması təsadüfi görünmür, dünyanı saran pandemiyanın əsl səbəbkarlarının və məqsədlərinin ortaya çıxarılacağına inam yaradır. Zənnimizcə, bu sirlərin ortaya çıxarılması pandemiyaya qarşı effektli mübarizə metodlarının formalaşdırılmasına da zəmin hazırlaya bilər.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısı ''lipa'' nömrəli avtomobildə gəzir, müavini isə, adam döyməklə ad çıxarır

Tahir Məmmədov və komandasının korrupsiyası - Faktlar... Video

“Əli Həsənovun adamı olub nə etmişəm ki?..”

Spiker-dən YAP-çı depuata: "30 ildir niyə bu məsələni qaldırmırdınız?"

Azərbaycanda Qurban bayramı bu tarixdə keçiriləcək

“Reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur” - Günün gerçəyi - Video

Eldar Mahmudovun Böyük Britaniya, İspaniya, Lüksemburq və Litvadakı ailə sərvəti – Təfərrüatlı araşdırma, Fotolar

İcra başçısı müavinini işdən çıxardı - Foto

“Vüqar Səfərli həbs olunmalıdır” – Deputat

“Təfərrüatları açıqlaya bilmərik” - İlkinin vəkilləri

Yeni Baş Prokuror İsfəndiyar Axundova güzəşt tanımadı: iş adamı ilə bağlı araşdırma başlandı

loading...

Ən çox oxunanalar