Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qantzın seçicilərinə xəyanət etməsi İsrail və Fələstində nələri dəyişdirəcək?..

Fələstinlilərin azadlıq və dövlətçilik istəyi möhürlənib torpağa basdırıldı. O tabut bundan sonra bir daha açılmayacaq...

Robert Fisk

“The Independent” qəzeti, 28 aprel 2020-ci il

Maykl Riçard Pompeo da, demək olar, Donald Tramp kimi hipnoz vəziyyətindədir. Dəliliyini cahillik və riyakarlıqla tamamlayır.

Yaxın Şərqi axmaq kürəkəninə təslim etdiyi üçün Trampı düşüncəsizlikdə günahlandırmaq olar, amma Pompeo nə etdiyini çox yaxşı bilir. Ötən həftə yenidən səhnədə idi: o, İsrail qoşunlarının işğal altındakı Fələstin torpaqlarından çıxarılması üçün BMT-nin çağırışına əməl edilmədiyini və iranlıların ballistik raketlər ataraq ciddi bir BMT qətnaməsini pozduğunu önə sürüb. Fürsətçi Pompeonun bu cansıxıcı çıxışını izləyərkən, ondan bunun əvəzinin çıxarılmayacağını da bilirdik.

Pompeo: “İşğal edilmiş Qərbi İordaniya ərazisinin böyük hissəsini birləşdirmək istəyirlərsə, buna ancaq İsrail qərar verə bilər”, deyərkən, beynəlxalq standartları ayaqlayaraq, işğalı işğala bəraət verirdi. Həmin saatlarda bir jurnalist belə, ABŞ dövlət katibinin BMT qətnamələrinə qəfil həssaslıq göstərməsinin ikili standart yaratsığını silə gətirmədi. Üstəlik, İranı nüvə silahı daşıya bilən ballistik raket tədqiqatlarından 8 il uzaq qalmağa çağıran BMT-nin 2231 saylı qətnaməsi cəmi 5 yaşındadır. Lakin 1967-ci ildə Yaxın Şərq müharibəsindən dərhal sonra, İsrailin Şərq Qüdsü, İordan çayının qərb sahilini, Qəzzanı, Qolan təpələrini və Sinay yarımadasını işğal etdiyini pisləyən BMT-nin 242 saylı qətnaməsinin yarım əsrdən çox yaşı var.

Mayk Pompeonun bu qısa açıqlaması hər şeyi izah edir: “Qərbi İordaniyanın birləşdirilməsi məsələsində son qərarı israillilər verməlidirlər”.

Pompeo bütün bunların nə demək olduğunu bilir. Tramp administrasiyasının uydurduğu “Əsrin müqaviləsi” İordan çayının qərb sahilinin 30%-nə bərabər olan İordan Vadisini İsrailin özünə birləşdirməsinə icazə verir və fələstinlilərə veriləcək bir dəstə pul müqabilində ərəb torpaqlarında inşa edilmiş bütün qanunsuz İsrail koloniyalarını İsrailin idarəainə verilməsini istəyir. Yəni torpaq oğurluğunun 4 il daha davam etməsinə imkan verir və ABŞ səfirliyinin 2 il əvvəl Təl-Əvivdən Qüdsə köçməsi ilə bütünlükdə təqdim olunan Qüds şəhərində İsrail hakimiyyətini tanıyır.

Benni Qantzın Bünyamin Netanyahu ilə birlikdə “qaçdı-tutdu” oyununa çevirdiyi Baş nazirlik vəzifəsini qəbul edərək, öz dəstəkçilərinə və seçicilərinə xəyanət etməsi Fələstin-İsrail məsələsinin sonunu gətirə bilər. İyul ayında hər iki siyasətçi Fələstin dövləti üçün planlaşdırılan geniş ərəb torpaqları ilə bağlı iddialara cavab verəcəklər. Bununla da Fələstin dövlətinin onurğası sonda çatlayacaq.

11 il əvvəl davam edən “qanunsuz prezidentlik” zamanı sona çatmalı olan və bu torpaq təcavüzü ilə bağlı, “əgər torpaqlar birləşdirilməyə davam edərsə, lazımi tədbirlər alınmalıdır”, deyən 84 yaşlı xəstə Fələstin lideri Mahmud Abbas dönəmində belə bu vəziyyət davam edir.

Şekspirin xəstə kral Lirinin: “Nə edəcəyimi bilmirəm, amma etdiyim əməllərdən bütün dünya dəhşətə gələcək”, deməsi belə, Abbasın Qüdsdəki və Vaşinqtondakı gücləri qorxudacaq “münasib” cavabından belə daha təsirli idi.

Kral Lirdən çox, Fausta bənzəyən Qantz isə gələcəkdəki torpaq istismarının beynəlxalq razılığa uyğun gəlməli olduğunu dəfələrlə bildirib, indi isə məsələni beynəlxalq debatlar səviyyəsinə endirib və bunun nə demək olduğunu hamımız başa düşürük.

Artıq BMT-nin 242 saylı qətnaməsi, Oslo Sazişi, İki dövlətli həll yolu, “yol xəritələri”, Avropa Birliyi (AB) təşəbbüsləri, Toni Bleyirin bütün “sülh planları” və xüsusilə, ABŞ prezidentlərinin on illər boyunca İsrailə qarşı ”məhdudiyyət qoyulmaması” çağırışları ilə vidalaşa bilərik.

Beyrut Amerika Universitetinin ədəbiyyat fakültəsindən uğurla məzun olmuş, həmçinin xalqının yeganə sağ qalmış nümayəndəsi olan Hanan Əşravi belə təkcə İsrail-Amerika gündəminə qarşı çıxmaqla bağlı “dəyişilməz qərarlılığından” danışırsa, artıq hamımıza məlumdur ki, Netanyahu, Qantz, Tramp, Kaşner və əlbəttə, Pompeo bunun əvəzini ödəməyəcək.

Pompeonun bir açıqlaması, həqiqətən xoşuma gəlmişdi. Qısaca deyirdi ki: “İsrailin siyasi əkizləri bir gün İordaniyanın qərb sahilindəki müstəmləkə layihələrini göstərən bir sıra xəritələrlə Vaşinqtonda şou göstərəcəklər və dünyanın ən güclü dövləti də bunu təvazökarlıqla təsdiqləyəcək”.

Nəinki Pompeonun, hətta bu vaxtadək ABŞ-ın heç bir prezidentinin deyə bilmədiyi şey də tam olaraq bu idi: Amerika Yaxın Şərq sülhü üçün bütün məsuliyyətlərini ləğv edərkən bu qeyri-insani, məkrli və darıxdırıcı sözlər tarixə əbədi həkk olunacaq.

Pompeonun: “İordaniyanın qərb sahilinin birləşdirməsinə gəldikdə isə bununla bağlı son qərarı israillilər verirlər, ona görə də, bu, israillilərin qərarıdır”, sözlərində açar söz “son”dur. Son sözü həmişə israillilər deyəcəklər.

Əlbəttə, belə edilmişdi. Lakin 1967-ci ildə Fələstin adlı bir dövlət yox idi. Hələ də yoxdur. Ancaq əlbəttə ki, fələstinlilər var. Bəs, onların torpaqları necə, varmı? Buna da artıq İsrail qərar verəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar