Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ağacların kökünə beton tökdülər - Foto

Bakı şəhərində ağacların kökünə beton tökülüb...

Bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.

Fotonun paytaxtın Səbail rayonu ərazisində çəkildiyi qeyd olunub.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Oxu.Az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, Birliyin əməkdaşları artıq əraziyə baxış keçiriblər:

“Səbail rayonu ərazisində ağacların köklərinə beton tökülüb. Həmin əraziyə nümayəndələr göndərilib. Təlimat verilib ki, ağac gövdələri betondan təmizlənsin və inkişafının təmin edilməsi üçün zəruri tədbirlər görülsün.

Artıq ərazidəki ağacların gövdələri beton qatından təmizlənib. Zəruri tədbirlər həyata keçirilib. Ağaclar hazırda bioloji inkişafdadır və daimi olaraq mütəxəssis nəzarətində saxlanılacaq”.

Qeyd edək ki, Birliyin nümayəndələri tərəfindən ərazidəki tikinti şirkətinin işçiləri ilə profilaktik söhbətlər aparılıb. Belə hallara yol verilməməsi izah olunaraq, şifahi xəbərdarlıq edilib.(oxu.az)

pia.az

Fotolar




Etiket: ağaclar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar