Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada vəziyyət gərginləşir, hakimiyyət 10 min yerlik müvəqqəti hospitallar quraşdırır

Moskva hakimiyyəti koronavirusa yoluxanların sayının sürətlə artmaqda olduğunu nəzərə alaraq 10 min çarpayılıq müvəqqti hospitalların quraşdırılmasına hazırlaşır...

Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin “Kommersant”a müsahibəsində deyib.

Rusiyada hər gün 6 mindən çox koronavirusa yoluxma qeydə alınır, ümumi yoluxma hallarının sayına görə Rusiya artıq Çini və İranı keçib. Ölkədə virusa yoluxanların sayı 100 minə yaxınlaşır.

Şəhər rəhbəri deyib ki, müvəqqəti hospitalların istifadəsi koronavirus epidemiyasınn inkişaf dinamikasından asılı olacaq. Moskva meriyasındakı mənbənin bildirdiyinə görə, müvəqqəti hospitallar “Krılatskoe” buz sarayında, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindəki 75 nömrəli pavilyonda və “Moskva” avtomərkəzində quraşdırılacaq.

Analoji tədbirlər Moskva ətrafında da görülür. Vilayət qubernatoru Andrey Vorobyev bildirib ki, müvəqqəti hospitallar Moskva dairəvi avtomobil yolunun kənarındakı “Crocus Expo” sərgi mərkəzinin ərazisində və Rusiya Müdafiə Nazirliyinin “Patriot” parkında quraşdırılacaq.

Bundan əvvəl prezident Vladimir Putin koronavirus pandemiyasının inkişafı ilə bağlı istənilən ssenariyə hazır olmaq tapşırığı verib. O bildirib ki, infeksiya ilə mübarizə təcrübəsindən çıxış edərək qəbul edilmiş qərarlar “artıq sabah” kifayət etməyə bilər, amma virusun yayılmasını tormozlamaq hər halda mümkün olub.(virtualaz.org)

pia.az


Etiket: Moskva


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar