Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədov yenidən hədəfdə

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun “Yeni Müsavat” qəzetinin sosial şəbəkə üzərindən yayımlanan “Canlı debat” verilişinin qonağı olmaqla tənqid hədəfinə gəlib...

 

REAL sədri verilişdə görünən kimi sosial şəbəkə fəalları onu linç etməyə başlayıblar. Buna səbəb İlqar Məmmədovun 2 il əvvəl “Fcebook”da yazdığı status olub. REAL sədri həmin statusda “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu fəxri ad aldığına görə sosial şəbəkədə dost siyahısından çıxardığını yazmışdı.

İlham Əliyevdən orden-medal almış bütün siyasi şəxsləri sosial şəbəkədə friend siyahımdan çıxarıram. Rauf Arifoğludan başladım, “Yeni Müsavat” qəzetinin redaktorundan. Friendlərdən belələri varsa və mən hələ bilmirəmsə, bir zəhmət, özləri çıxsın”, - deyə İlqar Məmmədov bəyan etmişdi.

Rauf Arifoğlu da REAL sədrinin fikirlərini cavabsız qoymamışdı. O yazdığı geniş statusda İlqar Məmmədov həbs olunarkən “Yeni Müsavat”ın onu müdafiə etdiyini yazmış, əleyhinə hər hansı material vermədiyini qeyd etmiş və fikirlərini belə tamamlamışdı: “ Feys”in qara olsun, buynuzun qırılsın, sənin ağlını balla yesinlər, İlqar! Səni Allah silib, cəzanı da ömürlük kəsib. Heyfini məndən niyə çıxırsan ki?”

Sosial şəbəkə fəalları bu olayı xatırladaraq İlqar Məmmədovun “unutqanlığının” səbəbini soruşurlar. Bəzi fəallar bir qədər də uzağa gedərək bunu REAL sədri ilə hakimiyyət arasındakı anlaşmanın tərkib hissəsi kimi qiymətləndirirlər. İlqar Məmmədov hələ ki, ittihamlara cavab verməyib.

Xatırladaq ki, Ali Məhkəmənin Plenumu İlqar Məmmədov barəsində əvvəl çıxarılmış məhkəmə qərarlarını ləğv edərək, iş üzrə icraata bəraətverici əsasla xitam verib və qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 234 min manatdan artıq kompensasiya təyin edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar