Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kim Çen In-ın barəsində dəqiq məlumatım var, amma demirəm...”

Şimali Koreya diktatoru Kim Çen Inın öldüyü, yaxud beyin ölümü keçirdiyi haqda spekulyasiyaların davam etdiyi bir vaxtda jurnalistlər Ağ evdə bu haqda ABŞ prezidenti Donald Trampa sual veriblər...

Və Şimali Koreya rəhbərinin sağlamlığının vəziyyəti barədə ona nə məlum olduğunu soruşublar.

Virtualaz.org xəbər verir ki, Tramp bu suala qəribə cavab verib. “Məndə kifayət qədər dəqiq məlumat var ki, Kim Çen In-ın işləri indi nə yerdədir, amma hələlik açıqlaya bilmərəm. Ümid edirəm ki, onunla bağlı hər şey yaxşı olacaq”,-Tramp bildirib.

O, habelə reportyorlara bildirib ki, Kim Çen In barədə informasiya “o qədər də uzaq olmayan gələcəkdə” hamıya məlum olacaq.

Bu arada keçmiş şimali koreyalı diplomat Txe Yen Ho Kim Çen Inın həqiqətən səhhəti ilə bağlı ciddi problem yaşadığını təxmin etdiyini deyib. CNN-ə açıqlamasında keçmiş diplomat bildirib ki, Kim Çen In-ın babası Kim İr Sen-in ad günü mərasimlərində iştirak etməməsi ölkə əhalisi üçün qeyri-normal görünür. “Mən tam əmin deyiləm ki, o həqiqətən hansısa əməliyyat keçirib, yaxud başına nəsə başqa iş gəlib. Bir şey aydındır-o müstəqil şəkildə qalxa və ya normal şəkildə yeriyə bilmir”,-keçmiş diplomat deyib.

O əlavə edib ki, Şimali Koreya liderini məxfilik əhatə edir və Kim-in vəziyyəti barədə dəqiq məlumat ancaq onun arvadında, bacısında və ya yaxın köməkçilərində ola bilər. Txe Yen Ho xatırladıb ki, vaxtilə Kim Çen In-ın atası Kim Çen İr-in ölümü iki gün ərzində gizli saxlanılmışdı.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar