Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağ xalqı və icması”: Status-kvo və Revanşizm

Status-kvo və Revanşizm: "Dağlıq Qarabağ xalqı və icması”...

Böyük Heydər Əliyev: "Torpağımızın hər bir qarışının itməsi bizim üçün dəhşətlidir, ... düşmən tapdağı altında qalması bizim üçün ağır dərddir, böyük bir faciədir. Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik”.

Bizim çıxış yolumuz "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı nitqində Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ Azərbaycandır nida” və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş Naziri Nikol Paşiniyan ilə panel görüşündə "Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. "Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur” qətiyyətli mövqeyinə doğru irəliləməkdir.

Ələlxüsus, həmin Konfransda Nİkol Paşiniyan "Biz çox böyük erməni əhalisi olan Naxçıvan məsələsini də bilirik” məkirli niyyətini də boş buraxmamalıyıq.
Bu adam sələfi şər xislətli Zori Balayanın böhtan xislətli varisidir!!!
İndi dil uzadır, sonra əl uzadacaq.

Məhz "Ocaq”da qaynadılan qazanda iki baş var: bu sərsəm əsərdə tarix təhrif edilərək, Qarabağ və Naxçıvanın qədim erməni torpağı olduğu iddia edilir!!!
Bəli, müharibə ikitərəflidir: yəni, şiddət, zillət, səfalət, eyni zamanda qeyrət, ləyaqət, şöhrət!

Təbii ki, haliyədə Qarabağ xalqını leksikona gətirən qalib, tarixi torpağında icma axtaran məğlubdur. Konstitutsiya quruluşumuza və unitar dövlətçiliyimizə icma anlayışı yaddır. Ən azı "Dağlıq Qarabağ Respublikası” qədər qondarmadır.
Milli təhlükəsizliyimiz üçün taleyüklü problem və həyati vacib əhəmiyyətli məsələnin həlli - "Qarabağ düyünü”nün açılması qeyri-adekvat düşüncə, yanaşma və tədbir tələb edir.

Tarixdən bəllidir ki, bu cür "kirli əllərlə düyünlənmiş düyünlər” ənənəvi üsulla açılmır, mahir ustalıqla ölçülüb-biçilib kəsilir. Birdəfəlik haqq yoluna qoyulur.
Bunu etmiriksə, yanılırıq. Çünki, "Oğrudan doğru xəbər gözləmək” sadəlövlük deyil bəs nədir?!

Tutmuşuq, 1945-ci il BMT Nizamnaməsi, 1975-ci il ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyası sənədlərindəndən əl çəkmirik.
Bu formal sənədlər kağız parçalarından başqa bir şey deyil.
Dövlətlər müstəqil hərəkətə və suveren hüquqa malikdirlər.
Müharibədə qalib gəlmək üçün zərurət yarandıqda ən mühüm sənədlər ələ keçməməsi və ya qızınmaqdan ötrü məhv edilir, yandırılır.
Axı, Ermənistan işğalçı siyasətini beynəlxalq hüquq çərçivəsində həyata keçirməyib!

Bu uydurma "Dənizdən Dənizə Böyük Ermənistan” idealogiyasının absurd preambulasını təşkil edir.

Arsax Dövlət Universteti”nin yetirməsi "Dağlıq Qarabağ Respublikasında” prezident kürsüsünə gətirilirsə, bu yaramazlar ilə hansı gələcəkdən danışırıq.
Dünyanın bayraqları yazırsan "müstəqil Dağlıq Qarabağ Respublikasının dövlət bayrağı” çıxır, Vikipediyanı açırsan "bura” haqqında məlumat çıxır və ən təhlükəlisi əməkdaşlıq etdiyimiz dövlətlər "bura” havadarlıq edir.
Məlumdur ki, biz atəşkəsi imzalamaqda maraqlı olan tərəf kimi bu müharibənin birinci mərhələsinin ön cəbhəsində məğlub cəhətik, heç olmaya arxa cəbhədə uduzmayaq. Əgər, bu illər ərzində bir Milli qəhrəmanımızı və ya qazimizi böyük kürsüdə - millət vəkili, mərkəzi və ya yerli icra hakimiyyətinin rəhbəri vəzifəsində görə bilməmişiksə, ruh yüksəkliyi və döyüş əzmi necə aşılaya bilərik?!

Bununla, indiki vəziyyətdə təbliğat işində üstün gələk və həqiqəti çılpaqlıqla ortaya çıxaraq.

Ölkə üzrə istifadəyə verilən gənclər evləri və s. bu kimi obyektlərə şəhid və ya qazilərin adların verib görk edilsin;

Münhen Təhlükəsizlik Konfransında "Erməni planı” məkirli arqumentinə qarşı tədbirli davranılsın;

Dövlət səviyyəsində Azərbaycan diasporu daxil, Gəmiqaya abidəsi və Azıx mağarası ilə bağlı konseptual layihələr həyata keçirilsin;

ATƏT-in Mins Qrupu niyə rotasiya edilsin - (Dağlıq Qarabağda öz ordusun saxlayan və yardım edən sipikulyantlardan sülhməramlı missiya gözləmək və mədəd ummaq sadəlövhlük deyilmi?!).

Ən əsası, bütün bunların fonunda Azərbaycan Respublikasının xarici siyasətininin xarici görünüşü dəyişməlidir: "refresh” əməliyyatı ilə yenilənərək abroqasiya olunmalı, yeni cisim və ruh, təmiz və isti nəfəs verilməli və bu iş insayderə etibar edilməlidir.

Xarici siyasət strategiyası hazırlanmalı (yoxdur), planlaşdırma və proqnazlaşdırmaya xüsusi diqqət yetirilməlidir.

Yoxsa, döyüş meydanın buraxıb, sözlə güləşiriksə, əlbətdə bu oyunda tək qalmış "Qarabağ atı” ilə çətin ki, biz qalib gələcəyik!
Marafondan kənar qalıb.

Qarabağın məşhur cins atı "əlyetməz” indi Cıdır meydanında "handikap”sız cövlan edir!

Bir az realist olsaq görərik ki, ərazimiz "Mərhələli” şəkildə işğal edilməyib.
"Atəşkəs” imzalananda əldə edilən yalnız bir amil bizim xeyirimizə oldu - Dağlıq Qarabağ” tərəf kimi iştirak etmədi və ya "icma” kimi qəbul edilmədi.
Müharibənin qızıl qaydasına - "Qana-qan” prinsipinə əməl etməsək - biz qalib gələcəyik! Yalnız Sözdə!

QEYD:
Ermənistan Xarici İşlər naziri 2018-ci ildən bəri Qarabağ məsələsi ilə bağlı müzakirələrin tərəflərin müəyyən elementləri qiymətləndirməsi ətrafında məhdudlaşdırıldığını bildirib.

"Biz təhlükəsizlik amilinin prioritet olduğu yanaşmalarımızdan bəhs edirik. S.Lavrovun açıqlamasında göstərilən ərazilər (söhbət Azərbaycanın işğal edilmiş 7 rayonundan- Ağdam, Kəlbəcər, Fizuli, Zəngilan, QubadlıLaçından gedir) hər şeydən əlavə təhlükəsizlik zonasını və müdafiə xəttini təşkil edir. Heç kim bunun yenidən nəzərdən keçirilə biləcəyini və Qarabağ xalqının təhlükəsizliyinin şübhə altına alınacağını güman edə bilməz, kimsə kiməsə güzəştə gedib təhlükəsizliyi təhlükə altına ala biləcəyini güman edə bilməz", - deyə Z.Mnatsakanyan vurğulayıb.

Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru

pia.az


Etiket: Yəhya Babanlı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar