Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Diktatorların hakimiyyəti sona çatır” — Saakaşvilidən Putinə ağır sözlər

Ukraynada baş nazirin müavini təyin olunacağı gözlənilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiya ilə sülhün tərəfdarı olduğunu bildirib...

M.Saakaşvili “Deutsche Welle”yə müsahibəsində deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski Donbas məsələsi ilə əlaqədar Rusiyaya güzəştlərə  getmir, ölkənin suverenliyini qoruyur:

“Mən Rusiya ilə sülhün mütləq mənada tərəfdarıyam. Zelenskinin mənim namizədliyimi irəli sürməsi göstərir ki, o, müstəqil xarici siyasətə tərəfdardır. Baxıram, son iki gündə Rusiya mediasında mənim təyinatımla bağlı isterika var, bunu prezident Zelenski də bilir. Heç kim Rusiya ilə sülhə qarşı deyil, lakin sülhün müxtəlif şərtləri var. Hesab etmirəm ki, Zelenski Kremlə güzəştə gedəcək”.

M.Saakaşvilinin fikrincə, Rusiya prezidenti Vladimir Putinin gələcəyi yoxdur, çünki diktatorların hakimiyyəti başa çatır: 

“Mən düşünürəm ki, istənilən diktatura diktatorlar üçün pis qurtarır. Rusiyada çoxlu normal, məlumatlı adamlar var ki, azad ölkədə yaşamaq istəyirlər. Ümid edirəm, onlar ölkələrini özlərinə qaytara biləcəklər, əlbəttə ki, işğal olunmuş ərazilər olmadan. İstənilən hakimiyyət bir gün sona çatır, mən hesab edirəm ki, Putin öz hökmranlıq ehtiyatını tükədib. Onun siyasi gələcəyi haqda müsbət proqnozlarım yoxdur.”

Xatıtrladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski M.Saakaşviliyə baş nazirin islahatlar üzrə müavini vəzifəsi təklif edib. Hazırda sabiq prezident Ali Radanın təsdiqindən keçmək üçün parlament fraksiyaları ilə məsləhətləşmələr aparır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar