Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli Həsənovun verdiyi mənzillər geri alınmalıdır” - Professordan açıqlama

Çoxdandır ki, Azərbaycan mediasında KİVDF-nin fəaliyyətindəki çoxsaylı ciddi nöqsanlar və sui-istifadə halları barədə silsilə yazılar gedir...

Nə qədər ki, Əli Həsənov və Vüqar Səfərli vəzifədə idilər həmin tənqidi yazı müəlliflərini bütün mümkün vasitələrlə şantaj edirdilər. Əli Həsənovun özünün ifadəsincə desək «şüşəli evdə oturub onu-bunu daşa tuturdular». Amma məşhur atalar məsələsində deyildiyi kimi «haqq incələr, amma üzülməz». Bu halda da haqq üzülmədi.

Cənab Prezident fəaliyyətlərindəki çox ciddi nöqsanlar və sui-istifadə halları ilə bağlı formalaşmış geniş ictimai rəyi əsas götürərək Ə.Həsənov və V.Səfərlini vəzifədən kənarlaşdırdı. Bu adamlar həqiqətən çox harınlanmışdılar. Nə özləri, nə də ətrafındakılar necə deyərlər artıq ayaqlarının altını belə görmürdülər. Görün, iş nə yerə çatmışdı ki, ölkə Prezidentinin xüsusi sərəncamları ilə bilavasitə jurnalistlər üçün tikilmiş binalardakı mənzilləri bölüşdürərkən ağlagəlməz dərəcədə özbaşınalıq etdilər. Bu minvalla da jurnalistikaya əsla aidiyyatı olmayan çoxsaylı təsadüfi insanlar mənzil aldılar. Beləliklə də jurnalistikamızda sözü, izi və yeri olmayan, yəni jurnalist kimi tanınmayan çoxsaylı insanlar sadəcə Əli Həsənovun, ona həyat yoldaşı Sona Vəliyevanın və Vüqar Səfərlinin qohumu, yaxın adamı və ya işçisi olduqlarına görə mənzil alanlar siyahısına düşdülər.

Dəhşətə bir baxın, uzun illərdir ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətləri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanı yeni inkişaf və yüksəliş mərhələsinə aparan titanik fəaliyyəti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu xətti ilə ölkə miqyasında və ölkə hüdudlarından kənarda həyata keçirilmiş çoxsaylı uğurlu layihələr barədə silsilə yazılar yazan, kitablar nəşr etdirən peşəkar jurnalistlər kənarda qaldı, amma Sona Vəliyevanın «yazmış» olduğu hansısa kitab haqqında hansısa saytda beş-on cümləlik tərifnamə yazanlara isə üç-dörd otaqlı mənzillər hədiyyə olundu. Bax, buna deyərlər hamam suyu ilə özünə dost tutanlar.

Əfsuslar olsun ki, Əli Həsənov, Vüqar Səfərli və onların ətrafındakı vəzifəli şəxslərin iştirakı ilə törədilmiş belə haqsızlıqlar bir deyil, beş deyil. Geniş ictimaiyyət nümayəndələri və son vaxtlar bu məsələyə münasibət bildilmiş olan bəzi millət vəkilləri kimi mən də o fikirdəyəm ki, KİVDF-nin fəaliyyəti hərtərəfli və dərindən araşdırılmalı və günahkarlar mütləq şəkildə cəzalandırılmalıdırlar.

Eyni zamanda hüquqları pozulmuş insanların haqları da özünə qaytarılmalıdır. Yəni, haqqı olmayan insanlara, xüsusən də jurnalist olmayan insanlara jurnalistlər üçün tikilmiş binalardan verilmiş mənzillər qeyd-şərhsiz geri alınmalıdır. Nəzərə alınmalıdır ki, Əli Həsənovun və onun kadrlarının dostluq, tanışlıq, qohumluq əlaqələri zəminində rəhbəri olduqları qurumlarda işlə təmin etmiş olduqları xeyli sayda qeyri peşə sahiblərinə də jurnalist adı altında mənzil verilməsi düzgün hərəkət deyildi.

Dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə əvəzsiz, ödənişsiz mənzil vermir. Bu praktika ancaq Azərbaycandadır. Bu, cənab prezidentin müstəsna xidmətidir. Nə yazıq ki, Əli Həsənov və Vüqar Səfərli ölkə Prezidentinin bu nəcib və xeyirxah missiyasından da sui-istifadə etməkdən çəkinmədilər. Artıq hər kəsə bəlli olduğu kimi, bu adamlar cənab Prezidentin mətbuatın və televiziyaların inkişafını stimullaşdırmaq niyyəti ilə davamlı olaraq ayırmış olduğu milyonlarla manat vəsaitləri bölüşdürərkən də sırf şəxsi maraqları mövqeyindən çıxış edərək çoxsaylı əyintilərə yol veriblər.

Uzun illər media sahəsində işlədiyimdən, Əli Həsənov və ətrafında olan məmurların iş prinsiplərinə az-çox bələd olduğumdan onların nə dərəcədə özbaşınalıq etdiyi, səlahiyyət həddlərini aşdığı, vəzifələrindən sui-istifadə etdikləri barədə çoxsaylı konkret faktlar sadalaya bilərəm.

Kimsə düşünməsin ki, mən bu sətirləri nə üçün məhz Əli Həsənov və Vüqar Səfərli vəzifədən kənarlaşdırıldıqdan sonra qələmə almışam. Diqqətli oxuculara bildirmək istərdim ki, mən artıq neçə illərdir ki, bütün bunlar barəsində davamlı olaraq aidiyyatı dövlət orqanlarını məlumatlandırmışam. 2019-cu ilin aprel ayından başlayaraq isə ölkə Prezidenti və Birinci Vitse-Prezidentə yazılı müraciətlərim olub.

Mən də bir çox jurnalist həmkarlarım kimi o fikirdəyəm ki, Əli Həsənov və əhatəsinin vəzifədən uzaqlaşdırılması ilə kifayətlənmək olmaz. Unutmayaq ki, xeyli sayda havadarları, dəmtutanları və əlaltıları hələ də haradasa vəzifə, imkan və söz sahibidir. Hələ də Əli Həsənovun hakim komandaya olan «sədaqəti» və onun «əvəzsiz kadr» olduğu barədə təbliğat aparanlar var. Belələri hələ də, bəlkə də «qaytardılar» xülyası ilə yaşayır.

Təbiidir ki, əvvəllər olduğu kimi bu gün də həmin dairələr birbaşa Ə.Həsənov tərəfindən stimullaşdırılır, istiqamətləndirilir və idarə olunur. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ə.Həsənov və onun yaxın ətrafının fəlaiyyətinin bütün aspektləri dərindən və hərtərəfli araşdırılmalı, yol vermiş olduqları qanunsuzluqların, sui-istifadə hallarının, mənimsəmə faktlarının, təmsil olunduqları iqtidarın maraqları ilə daban-daban zidd əməllərin dairəsi və dərəcəsi müəyyənləşdirilərək adekvat hüquqi addımlar atılmalıdır. Haqq, ədalət, qanunlarımız və geniş ictimai rəy bunu tələb edir.

Qafar Cəbiyev 

Azərbaycan Respublikasının əməkdar jurnalisti, 

«Qızıl qələm» müakafatı laueatı, professor

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar