Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev: “Artıq Sumqayıt qazla dairəvi təmin olunur”

Yeni qaz xətti Sumqayıt-Abşeron klasterini dayanıqlı, yüksəktəzyiqli qazla təmin etmək imkanı yaratdı...

PİA.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılış mərasimində bildirib.

“Sumqayıt şəhərinin əhalisi Qaradağdan 12 düymlük 12 atmosfer təzyiqli xətlə qazla təmin olunurdu. Bir də ki, Sumqayıtın sənayesi üçün Qaradağ-Digah-Şimal DRES xəttindən 30 atmosferlik bir xətt çəkilmişdi. Bu xətt Sumqayıtın sənaye müəssisələrini və karbamid zavodunu qazla təchiz edir. Artan tələbat və Şimal DRES-ində artım Sumqayıtın təmin olunması üçün müəyyən problemlər yaradırdı. Sumqayıtda böyük sənaye klasterinin yaradılması üçün qaz imkanları məhdud idi, hətta qış vaxtlarında çatışmazlıq olurdu. Sizin göstərişinizlə 80 milyon manat vəsait ayrıldı və 60 kilometrlik yeni Ağdərə-Sumqayıt xətti çəkildi. Bu, imkan verdi ki, Sumqayıt-Abşeron klasterini dayanıqlı, yüksəktəzyiqli qazla təmin edək və hətta gələcəkdə Sumqayıtın inkişafı üçün də böyük imkanlar yaranacaq”, - SOCAR-ın prezidenti qeyd edib.

O bildirib ki, bu xətt çəkiləndə perspektivdə Yaşma Elektrik Stansiyası və metallurgiya kompleksi üçün də ayrılmalar qoyulub.

Onun sözlərinə görə, bu, imkan verəcək ki, inkişaf perspektivi təmin olunsun: “Tikinti işlərinə keçən ilin üçüncü kvartalında başlandı və Sizin göstərişinizlə vaxtından 2 dəfə tez - 6 ay müddətində başa çatdırıldı. Artıq deyə bilərik ki, Sumqayıt qazla dairəvi təmin olunur”. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar