Lənkəranda yaşlı qadın ehtiyatsızlıqdan boğularaq dünyasını dəyişib...
APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhər sakini 1959-cu il təvəllüdlü Mirzadə Mirhəsən qızı Əskərovanın cansız bədəni yaşadığı ünvandakı su quyusundan tapılıb.
Qadının meyitini ilk olaraq bacısı aşkar edib. Bədbəxt hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az