Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afaq Bəşirqızı ilə bağlı sənət adamları birgə bəyanat yaydı

Tanınmış sənət adamları Xalq artisti Afaq Bəşirqızına dəstək kampaniyası başladıblar...

Tahir İmanov, Dilarə Əliyeva, Oqtay Əliyev, Ramiz Fətəliyev, Tünzalə Ağayeva, Ənvər Sadıxov, Zülfiyyə Xanbabayeva, Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov və Eyyub Yaqubov aktrisanın işlətdiyi bir ifadəyə görə ona qarşı səsləndirilən sərt ittihamlara etiraz bildiriblər:

"Son günlər əfsanəvi aktrisamız, gülüş ustamız, hər zaman xalqının qeydinə qalan, onlara görə haqq səsini ucaldan, maddi və mənəvi cəhətdən sənət aləmində olan insanlara köməyini əsirgəməyən Afaq Bəşirqızına qarşı çox çirkin oyunlar aparılır. Efirdə olduğundan xəbərsiz olan Afaq xanımın səs yazısı, hansı ki, ümumiyyətlə, demək olar ki, çətinliklə eşidilir, bunu bilərəkdən yayıb, onu ləkələməyə çalışırlar. Afaq xanım heç bir zaman tamaşaçıya hörmətsizlik etməyib.

Biz sənət insanları xahiş və tələb edirik ki, illərini, həyatını Azərbaycan incəsənətinə və mədəniyyətinə həsr edən, bu yolda sağlamlığını belə itirən Afaq xanımın şərəf və ləyaqətini tapdalamağa cəhd edənlər cinayət məsuliyyətinə cəlb olunsunlar!!!! İmkan verməyək ki, nadanlar xalqımızın dəyərli sənətkarının adına xələl gətirsin! Afaq xanım, Sizi sevirik!"

Xatırladaq ki, Afaq Bəşirqızının ARB televiziyasında yayımlanan “Elgizlə izlə” verilişinin aparıcısı Elgiz Əkbərin şəxsi telefonuna zəng edərək nalayiq ifadələr istifadə etməsi bir neçə gündür ki, gündəmi zəbt edib. İstər mediada, istərsə də sosial şəbəkələrdə müzakirələrə səbəb olan hadisə insanları iki hissəyə ayırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar