Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sıfırlanan neft qiymətləri Azərbaycan iqtisadiyyatı üçün hansı risklər yaradır?

Vəziyyət bu şəkildə davam edərsə, manatın məzənnəsini sabit saxlamaq mümkün olacaqmı?..

İqtisadçı: “Əgər neftin qiyməti 3 ay belə davam edərsə, hesab edirəm ki, hökumət məcburi qaydada devalvasiyaya gedəcək”.

Azərbaycanda əmək haqqı xarici valyuta nisbətində çox aşağı olduğunu görə və vətəndaşların gəlirləri az olduğuna görə kasıbların sayı sürətlə artacaq və ölkədə sosial vəziyyəti daha da gərginləşdirəcək”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli OPEK+ razılamasından sonra gözləntilərin əksinə olaraq neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

OPEK+ razılamasından sonra gözləntilərin əksinə olaraq neftin qiyməti kəskin aşağı düşdü və mütəxxəsislərin fikrincə xam nefti saxlamaq üçün anbarlar dolduğuna görə qiymət düşüşü davam edəcək. Artıq “Brent” markalı neftin qiyməti rekord minimuma 16 dollara qədər düşüb. Ekspertlər vəziyyətin yaxın zamanda düzəlməyəcəyini də vurğulayırlar.

Dünən isə "Brent" markalı neftin qiyməti 1999-cu ildən bəri ən aşağı səviyyəyə enib. "Brent"in fyuçersləri ötən sessiyada 24% azalaraq 15,98 dollar səviyyəsənə düşüb. Doğrudur bir saatdan sonra qiymət 17 dollara yüksəlsə də bu göstərici 1999-cu ilin iyun ayından bəri ən aşağı qiymətdir. Analitiklər isə heaab edirlər ki, neftin qiyməti bir neçə il müddətində ən aşağı səviyyədə olacaq.

Bəs bu vəziyyət Azərbaycan iqtisadiyatı üçün hansı risklər yaradır?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Neftin qiyməti aşağı düşdükdə xarici valyuta ilə daxilolmalar azalır və tədiyə balansında defisit yaranır. Bunun da qarşısının alınmasının yeganə yolu milli valyutanın devalvasiyasıdır”.

Neftin qiymətinin əskin azalması səbəbi dünyada neft sənayesinə qoyulan investisiyaların da kəskin azaldığını qeyd edən iqtisadçı PİA.az-a açıqlamasında qeyd edib ki, transmilli şirkətlər neft ölkələrinə investisiya qoyuluşunu azalsırlar və bu da Azərbaycan iqtisadiyyatı üçün müəyyən təhlükə yaradır:

“Təbii ki, Azərbaycan iqtisadiyyatının əsas gəlirləri neftdən asılıdır. Həm cari büdcəyə gələn vergilər nefdən formalaşır, həm də dövlət büdcəsinin əhəmiyyətli hissəsi, təqribən 50 faizdən yuxarısı Dövlət Neft Fondunun transferlər hesabına olur. Yəni illərdir bu davam edir. Əsas ixrac məhsulumuz neft olduğuna görə istənilən halda neftin qiyməti ilə bağlı düşüşlər Azərbaycan büdcəsinə, Azərbaycan iqtisadiyyatına mənfi təsirlər göstərir. Ona görə də qarşıdakı illərdə Azərbaycan iqtiaadiyyatının inkişafı və böyüməsi az inandırıcı görünür. Artıq beynəlxalq reytinq təşkilatların Azərbaycanla bağlı hesabatlarında da bu məsələyə diqqət çəkirlər. Vəziyyət dəyişməzsə və neft bazarında böhran bu şəkildə davam edərsə, Azərbaycan iqtisadiyyatının tənəzzülü qaçınılmaz olacaq və Neft Fondunun ehtiyyatları iqtisadi sabitliyi təmin etmək üçün yetərli olmaya bilər.

Məlumdur ki, Azərbaycan nefti birjada satılmır. Azərbaycan nefti sport kontraktlar üzrə, yəni konkret müştərilərlə bağlanmış müqavilələr əsasında satılır. Azərbaycan neftinin qiyməti brend neftə qiymətinə uyğunlaşdırılır. Buna görə də "Brent" neftin qiyməti 16 dollara düşübsə, Azərbaycan nefti daha ucuz qiymətə satılacaq. Bu da Azərbaycanın cari gəlirlərinə mənfi təsir göstərir. Azərbaycan iqtiaadiyyatının sabitliyini təmin etmık üçünsəmneftin qiyməyi 40 dollardan yüksək olmalıdır.

Ən əsası da neft investisiyaları azalır. Yəni investisiya qoyan transmilli şirkətlər neft ölkələrinə investisiyaların azaldırlar. Bu daha təhlükəlidir. Çünki gələcəkdə neftdən gələn gəlirləri azaltmaqla bərabər, həm də xarici investisiyaların ölkədə bu tipli kontraktlara cəlb edilməsi mümkün olmayacaq.

Nazim Bəydəmirli: “Ehtiyyatların sürətlə əriməsi gələcək böhranlara qarşı hökümətin əliboş qalmasına yol açar”.

Təəssüflə qeyd etməliyəm ki, manatın məzənnəsi də birbaşa neftə bağlıdır. Neftin qiyməti aşağı düşdükdə xarici valyuta ilə daxilolmalar azalır və tədiyə balansında defisit yaranır. Bunun da qarşısının alınmasının yeganə yolu milli valyutanın devalvasiyasıdır.

Əgər neftin qiyməti 3 ay belə davam edərsə, hesab edirəm ki, hökumət məcburi olaraq devalvasiyaya gedəcək. Çünki Neft Fonduna yığılan vəsaitləri tez bir zamanda xərcləmək hökumətə də, hökumətin gələcək proqramlarına da mənfi təsir göstərə bilər. Üstəlik ehtiyyatların sürətlə əriməsi gələcək böhranlara qarşı hökümətin əliboş qalmasına yol açar.

Xatırladım ki, devalvasiya ən çox Azərbaycan vətəndaşlarınln sosial rifahına təsir edir. Çünki istehsal mallarının əksər hissəsi xarici valyuta ilə alınır. Azərbaycanda əmək haqqı xarici valyuta nisbətində çox aşağı olduğunu görə və vətəndaşların gəlirləri az olduğuna görə, əhalinin kasıblaşması prossesi sürətlə böyüyəcək və ölkədə sosial vəziyyəti daha da gərginləşdirəcək.

Həmçinin növbəti devalvasiya onsuz da kövrək və həssas olan maliyyə-bank sektoruna öldürücü zərbə vura bilər. Növnəti devakvasiya maliyyə-bank sektorunun tam iflası ilə müşahidə oluna bilər. Bu da həm sosial münasibətlərdə gərginliyin artmasına, həm də dövlətin vətəndaş qarşısında öhdəliklərinin daha da ağırlaşmasına yol aça bilər. Ona görə də arzu edək ki, bu vəziyyət uzun müddət davam etməsin.”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar