Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük-Kəsik stansiyasında qatarların dezinfeksiyası əl dəymədən aparılacaq

"Azərbaycan Dəmir Yolları" QSC koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının almaq məqsədi ilə sanitariya-epidemioloji tədbirlərini gücləndirməkdə davam edir...

"Azərbaycan Dəmir Yolları" QSC koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının almaq məqsədi ilə sanitariya-epidemioloji tədbirlərini gücləndirməkdə davam edir. Belə ki, Azərbaycan Gürcüstan sərhədində yerləşən Böyük-Kəsik stansiyasında ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya ediləcək. Bunun üçün stansiya avtomatlaşdırılmış dezinfeksiya qurğusu ilə təmin ediləcək.

PİA.az xəbər verir ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində yerləşən Böyük-Kəsik stansiyasında Azərbaycana Gürcüstandan yük daşımaları həyata keçirilir.

Məlumata görə, yükdaşımaların hərəkətində heç bir məhdudiyyət tətbiq edilmir. Ölkə ərazisinə daxil olan yük qatarları dəmir yolunun əməkdaşları tərəfindən dezinfeksiya edilir. Bütün vaqonlar dezinfeksiya edildikdən sonra Azərbaycan ərazisinə daxil olu”.

Xatırladaq ki, bununla əlaqədar aparılan dezinfeksiya işlərində insan əməyinin minimuma endirilməsi məqsədi ilə Astara sərhəd-keçid məntəqəsində dezinfeksiya qurğusu quraşdırılıb.

Bununla da, ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir. Proses həm qatarların üst hissəsini, həm də yüklər tam boşaldıldıqdan sonra daxili hissəsini əhatə edir.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar