Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusun pik həddi qarşıdadır? — Baş infeksionist xəbərdarlıq edir

"İndiki göstəricilər pik hədd deyil"...

“Koronavirusun pik həddi, sabitləşməsi, nə zaman aradan qalxacağı haqqında proqnoz vermək çətindir. Ona görə dünya alimləri də bu məqamları açıqlayarkən ehtiyat edirlər, indiki göstəricilərin pik hədd olmadığını qeyd edirlər”.

PİA.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev deyib. Baş infeksionist pik hədd məsələsində dünya alimləri ilə razılaşmadığını qeyd edib: “Çünki artıq koronavirusla mübarizə üçün görülən tədbirlər bir çox ölkələrdə ciddiyətlə həyata keçirilir. Tədbirlərin gücləndirilməsi xəstəliyin qarşısının alınmasında mühüm rol oynayacaq. Həmişə demişik ki, koronavirus mövsümi xəstəliklər sırasındadır. Tədqiqatlar göstərir ki, günəşin ultrabənövşəyi şüalarının təsirləri altında virus tezliklə məhv olur. Qarşıdan yay aylarının da gəldiyini nəzərə alaraq, koronavirusun sabitləşəcəyini demək olar. İddialar səsləndirilir ki, pik hədd olacaq, bu hələ qarşıdadır və s. Ona görə, həmin açıqlamalarla razılaşmıram”.

Cəlal İsayev xatırladıb ki, Azərbaycanda koronavirusdan sağalanlar 50 faiz təşkil edir: “Bu yaxşı göstəricidir. Görünür ki, xəstəlikdən sağalanlar üstünlük təşkil edir. Bir məqamı da qeyd edim ki, bu rəqəmlər koronavirusla bağlı rəsmi qeydə alınan statistikadır. Ola bilər, xəstəliyi yüngül keçirir, əlamətləri ciddi şəkildə büruzə vermir və statistikadan da kənarda qalır. Öz-özünə sağalanları və yenidən bu virusa tutulanların olmadığını da nəzərə alsaq, deməli, koronavirusa yoluxma sayında müəyyən stabilləşmə var”.(Demokrat.az)

pia.az


Etiket: Cəlal İsayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar