Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Davamlı inkişafın əsas şərti - Demokratiya və böyümə...

Demokratiya olmayan yerdə iqtisadi artımın heç bir mənası yoxdur...

Esfender Korkmaz

“Yeni Şafak” qəzeti, Türkiyə, 22 aprel 2020-ci il

Demokratiyanın olmadığı diktatura rejimlərində də iqtisadi artım ola bilər. Lakin bununla birlikdə, qaynaqların diktatorun və ya kiçik bir azlığın əlində cəmləşməsi gəlir bölgüsünü məhv edir.

Keçmişdə iqtisadi böhranlar yaşayan zaman “böhranı fürsətə çevirmək” ifadəsindən istifadə edirdik. Bu, yüksək artım və sabit iqtisadiyyat üçün stimul demək idi. Bu dəfəki böhran üçün belə bir söz demək düzgün deyil, çünki insan itkisi kompensasiya edilə bilməz.

Çox güman ki, dünya pandemiyanın yaratdığı iqtisadi böhrandan daha sürətli şəkildə yaxa qurtaracaq. Ancaq davamlı sabitliyin əsas şərti demokratiyadır.

Şərqi Asiya istisna olmaqla, neft böhranından bəri yarım əsr ərzində yoxsul demokratiyalar iqtisadiyyatlarını qeyri-demokratik ölkələrə nisbətən 50% daha sürətli şəkildə böyüdüblər. Baltikyanı ölkələr, Botsvana, Kosta Rika, Qana və Seneqal kimi zəif demokratiyalar isə Anqola, Suriya, Özbəkistan və Zimbabve kimi demokratiyalardan daha sürətli şəkildə böyüyüblər.

Demokratiya və böyümə ilə bağlı müzakirələrdə demokratik qaydaların investisiya qərarlarını və investisiya prosesini uzatdığı, istehlakı artırdığı və artıma təsir göstərdiyi deyilir. Halbuki avtoritar rejimlərdə daha sürətli qərarlar qəbul edilir və qısa müddət ərzində investisiya layihələri tamamlanır.

Əslində, bu düşüncələr həm qısa müddətlidir, həm də dünyadakı real vəziyyət bunun əksini göstərir. Avtokratik rəhbərliklərdə isə bürokratik proses daha baha başa gəlir. Çünki onlar dövlət resurslarından səmərəli istifadə edilə bilmirlər. Avtokratiya öz gələcəyi üçün ictimai mənbələrdən və dövlət vasitələrindən populizmdə istifadə edir. Populizm isə mənbələrin səmərəli şəkildə istifadə edilməsinin qarşısını alır. Eyni zamanda, bütün despotik hökumətlər kollektiv etirazlardan qorxduqları üçün vəkillik qrupları yaradıblar. Bu yollarla da haqsız rəqabət ortaya çıxıb və haqsız zənginləşmə meydana gəlib.

Diktatorun niyyətindən asılı olaraq avtoritar rejimlərdə əvvəlcə qısa və orta müddətdə ciddi bir artım yaransa da, Çili Pinoçet nümunəsində olduğu kimi, sonradan davam etdirilə bilməyib.

İstisnalar olsa da, ümumilikdə adambaşına düşən gəlirin yüksək olduğu ölkələrdə demokratiyanın, lakin adambaşına düşən gəlirin az olduğu ölkələrdə isə avtokratiyanın hakim olduğunu görmək mümkündür.

Əgər dünya ölkələrini adambaşına düşən ÜDM qrupları arasında nəzərə alsaq və “Freedom House” 2017 hesabatındakı azadlıq indeksi çərçivəsindəki ölkələrlə müqayisə etsək, bu əlaqəni daha aydın başa düşə bilərik.

Adambaşına düşən gəlir və demokratiya

“Freedom House”un 2017-ci il hesabatında azad, yarı azad və azad olmayan ölkələrin adambaşına düşən gəlir nisbəti kimi təsnif edilib. Bu hesabata əsasən, bir nəfərə düşən gəlir səviyyəsi yüksək olan, yəni 113.000 dollar ilə 20,000 dollar arasında 38 ölkədən 31-i azad (81.6%-i), 2-si qismən azad, 5-i isə azad olmayan ölkələrdir. Bir nəfərə düşən gəlir səviyyəsi düşdükcə azad ölkələrin sayı azalır, azad olmayan ölkələrin isə sayı artır. Adambaşına düşən ən aşağı göstərici 1000 dollardan az olan 34 ölkədən yalnız 1-i (2.9%) azaddır.

Əksər diktator rejimlərində diktatorlar öz müdafiə dəstələrini yaradırlar. Məsələn, Hitlerin SS-i, İranın İnqilab Keşikçiləri kimi. İctimai qaynaqların bir qismi bunlara xərclənir. Beləliklə də, ictimai qaynaqların effektivliyi azalır.

Qısaca, demokratiyaya əsaslanmayan artım, həm davamlı olmur, həm də sosial rifahı təmin etmir. Çünki sosial rifah inkişafla təmin olunur.

Demokratiyanın olmadığı diktatura rejimlərində də iqtisadi artım ola bilər. Lakin bununla birlikdə, qaynaqların diktatorun və ya kiçik bir azlığın əlində cəmləşməsi gəlir bölgüsünü məhv edir. Dövlətin səhiyyə, təhsil və məşğulluq yaratmaq üçün ayıracağı resursların avtokratiyanı dəstəkləyənlərə paylanması həm gəlir bölgüsünü, həm də rifah göstəricilərini azaldır. Beləcə, uzun müddət ərzində resurs istifadəsində səmərəlilik azala bilər. Resurs istifadəsində səmərəliliyin azalması orta və uzun müddətdə böyüməni də azalda bilər. Buna görə də əvvəlki böhranlardan fərqli olaraq, BMT kimi təşkilatlar demokratiyanın yolunu açmaq üçün bir xeyli çalışmalıdırlar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar