Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BNA beynəlxalq videokonfransda iştirak edib

Aprelin 21-də İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) Avrasiya ofisi üzv qurumların videokonfrans formatında görüşünü təşkil edib...

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

“COVID-19 pandemiyası dövründə ictimai nəqliyyatın fəaliyyətinin təmin edilməsində texnologiyaların tətbiqi” mövzusuna həsr olunan görüşə MosTransProyekt Tədqiqat İnstitutu, Paris Nəqliyyat Təşkilatı, Bakı Nəqliyyat Agentliyi, Moskva və Peterburq Metropolitenlərinin və digər şirkətlərin məsul şəxsləri qatılıblar. İştirakçılar pandemiyaya qarşı mübarizədə həyata keçirdikləri fəaliyyətlər və tətbiq edilən yeniliklər barədə təqdimatla çıxış ediblər. Görüşü regiondan 140-dan çox iştirakçı da izləyib.

BNA-nın aparat rəhbəri Gülşən Rzayeva təqdimatla çıxış edərək ölkəmizdə pandemiyaya qarşı mübarizədə həyata keçirilən tədbirlər, dövlətin sosial-iqtisadi dəstəyi və ictimai nəqliyyatın təşkilində təmsil etdiyi qurumun gördüyü işlər, ekspress marşrut xəttlərinin təşkili, ictimai nəqliyyatda və nəqliyyat infrastrukturunda aparılan dezinfeksiya işləri, geniş maarifləndirmə kampaniyası barədə məlumat verib. Həmçinin, mərkəzləşdirilmiş dispetçer xidmətinin fəaliyyəti, onun hazırkı vəziyyətdə sərnişin axınının izlənməsi və sıxlıqların qarşısının alınması üçün müvafiq tədbirlərin icrası, ictimai nəqliyyatın intellektual idarəedilməsində əhəmiyyəti vurğulanıb.

Daha sonra Agentliyin həyata keçirdiyi “Hava keyfiyyətinin indeksi” layihəsi haqda məlumat verilib. Bilidirlib ki, paytaxtımızda Koronavirus səbəbiylə tətbiq edilən karantin rejimi dövründə nəqliyyat vasitələrinin sayında müşahidə olunan azalma şəhərin ekoloji durumuna müsbət təsir etməkdədir. Layihə çərçivəsində paytaxtın müxtəlif ərazilərində quraşdırılan sensorlar vasitəsilə qeydə alınan rəqəmlərə əsasən havada olan sərt hissəciklərdə 50 faiz azalma müşahidə edilir. Bu proqramın həmçinin, BNA tərəfindən həyata keçiriləcək bir sıra layihələrin səmərəliliyinin ölçülməsində istifadə olunması nəzərdə tutulur.

BNA 2018-ci ildən UITP-nin üzvüdür, UITP-nin Avrasiya üzrə İcraiyyə Komitəsində təmsil olunur.

pia.az


Etiket: BNA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar