Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alnımıza söyüş yazılıb…

"Bildiyim bircə odur ki, Afaq Bəşirqızı efirdə söyüş söyən ilk sənət adamı deyil"...

Seymur Verdizadə yazır...

Xalq artisti Afaq Bəşirqızı canlı efirdə söyüş söydüyü üçün ARB-ni cəzalandırdılar. Söyüşlə aram olmadığı üçün Afaq xanımın nə dediyini bilmirəm. Bildiyim bircə odur ki, Afaq Bəşirqızı efirdə söyüş söyən ilk sənət adamı deyil...

Xəzər TV-də efirə gedən “Hər şey daxil” verilişinin bağlanmasına dair qərarın hələ mürəkkəbi qurumayıb. Həmin gün Əməkdar artist Elza Seyidcahan söyüş söymüşdü. Opponenti Mətanət Əsadova Elza Seyidcahanla ağız-ağıza verdiyi üçün tamaşaçılar “söyüş şou”nun şahidi olmuşdular.

Müğənni Rüfət Axundov isə daha da irəli gedərək, musiqinin müşayiəti ilə söyüş söymüşdü. O vaxt Space TV müğənninin efirə çıxmağına qadağa qoymaqla, həm özünün, həm də Rüfətin canını qurtarmışdı...

İki ay əvvəl deputatlığa namizəd Kamil Musəvi də söyüş söymüşdü. Qulaqlarımız söyüşü yadırğamadığı üçün bunu özümüzə dərd eləməmişdik. Kamilin taleyinə söyüşdən əvvəl döyüş yazıldığı üçün biz də bunu onun emosionallığının ayağına yazmışdıq...

Azərbaycan cəmiyyəti yeriməyi yenicə öyrənən uşaq kimi məsum deyil. Son 10-15 ildə qulağımız eşitmədiyi söyüş qalmayıb. İqtidar müxalifəti, müxalifət iqtidarı söyüb. Hansı məzhəbə qulluq etdiyi bəlli olmayan adamlar həm iqtidarı, həm də müxalifəti söyüblər. Ziyalılar, sənət adamları, jurnalistlər neçə illərdi mənəvi terrora məruz qalırlar. İnsanı ağzını açmağa peşman edirlər. Peşman olmaq istəməyənlər abrına qısılıb oturub.

Bir müddət əvvəl millət vəkili Aqil Aqil Abbas demişdi ki, kəndli gedib soğan əksin. Həmin vaxt sosial şəbəkə iştirakçıları Aqil müəllimi “yaş yuyub, quru sərdilər”. Aqil müəllimi nə deputat həmkarları, nə də yazıçı dostları müdafiə etdi. Rəyini öyrənmək istədiyimiz adamlar az qala yalvarırdılar: “Məni bu işə qatmayın. Söyüş yiyəsi olmaq istəmirəm”.

Hansı ki, Aqil Abbas pis söz deməmişdi. O vaxt da yazmışdım: kəndlinin işi əkib-becərmək, bolluq yaratmaqdır. Aqil Abbas nə deməliydi? Deməliydi ki, kəndli marixuana əksin?

Amma heç kimi qınamalı deyil. Azərbaycanda elə təbəqə formalaşıb ki, adamın ölüsünü buraxıb, dirisindən yapışırlar...

Bunu deməsəm, qeyri-səmimilik etmiş olaram: Azərbaycanda söyüşü qəhrəmanlıq bilən adamlar var. Təəssüf ki, həmin adamların çoxu müxalifət partiyalarında “yuva qurub”.

Bunu da deməsəm, ikiüzlülük etmiş olaram: Azərbaycanda həm də söyüşü “satan alan” məmurlar, deputatlar var. Xalqın gözünün içinə baxa-baxa ağa qara deyən adamlar “söyüş maşını”na yağ sürtürlər.Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Araz Əlizadə kimi sabiq deputatların sayəsində Azərbaycanda söyüş xeyli populyarlaşıb.

Yer üzündə elə bir cəmiyyət yoxdur ki, orda hamı alim olsun. Hər yerdə ağıllı da var, dəli də var, zır dəli də var. Bakıda eşitdiyim söyüşlərin beş qat artığını Nyu Yorkda, Çikaqoda eşitmişəm. Məni narahat edən Azərbaycanda kiminsə söyüş söyməyi deyil. Məni narahat edən odur ki, alim də söyür, artist də söyür, avam da söyür...

Mən elə bilirdim, alnımıza döyüş yazılıb. Sən demə, söyüş yazılıb... (yenisabah)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

"Şəhid halvası sizin evdə bişmədiyi vaxtadək, halva sizin üçün şirin olacaq" - Söz qəhrəmanlarına

Faiq Ağayevin imtina etdiyi "tapşırılmış toylar" hansı məmurların sifarişi olub?

Bankı, restoranı, şadlıq sarayı, villası olmayan nazirlər...

O məşhur restoranda Eldar Əzizova qonaqlıq vermək istəyirəm...

"Siz nə qədər gün üzünə həsrət qalsanız, bizim üzümüz o qədər güləcək…"

“…acgöz müdirlər”- Baş redaktorlara tərs şapalaq

Əsgərimiz erməni öldürsün, biz də içimizdəki pula hərisliyi…

Bizim alnımıza döyüş, sizin alnınıza söyüş yazılıb...

Ən çox oxunanalar