Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə razılıq əldə olunub: Korona hökuməti nə vaxtadək davam edəcək?..

Nəhayət, Netanyahu və Qantz arasında razılaşma əldə olunub. Beləliklə də İsraildə 1,5 ildən və 3 seçkidən sonra hökumət böhranı başa çatıb...

Rafael Sadi

“OdaTv” qəzeti, 21 aprel 2020-ci il

İki partiya arasındakı koalisiya müqaviləsində tam olaraq 41 maddə var.

36 nazirlik və 2 baş nazir və 16 nazir müavini...

Bünyamin Netanyahu ilk 18 ayda Baş nazir olacaq, ikinci 18 ayda isə Benni (Bünyamin) Qantz Netanyahunu əvəz edəcək. İmzalanan sazişdə Benni Qantzı qoruyan və Netanyahunun 18 aydan sonra Baş nazirlik kreslosunu təhvil verməsini təmin edən bir çox maddə var.

Bu məsələ ilə bağlı bir digər məsələ isə müqavilənin niyə yalnız 36 aylıq imzalanmasıdır. Hökumətin müddəti 4 ildir. Əslində, İsrail parlamentində 4 ildir hakimiyyətdə olan hökumət yenə başa düşüləndir, amma 3 illik koalisiya bir az gülməli görünür.

Bu razılaşmanın uzadılması və təxirə salınmasının əsas səbəblərindən biri Netanyahunun özünü qorumaq üçün qanunlar yaratmaq cəhdləridir. Məlum olduğu kimi, Netanyahuya qarşı 3-cü, bəlkə də 4-cü cinayət ittihamı var. Bu məhkəmələr nəticəsində günahları ortaya çıxsa, cəzalandırılacaq və vəzifəsini, o cümlədən siyasəti tərk etmək məcburiyyətində qalacaq.

Netanyahunun gələcəyi

Mövcud qanunlar günahı sübut olunana qədər hər kəsin günahsız olması prinsipinə dayanır və buna əsaslanaraq İsrail Ali Ədalət Məhkəməsi “Bagatz” Netanyahunun vəzifəsini davam etdirməsinə qərar verib. Lakin məhkəmə onun yenidən , Baş nazir təyin olunmasına qarşı çıxa bilər.

Netanyahu da bunun qarşısını almaq üçün koalisiya quracağı partiyadan bir qanun layihəsi tələb edib.

Bu tənzimləmə ilə Netanyahu yalnız səlahiyyətləri başa çatdıqdan sonra mühakimə oluna biləcək, o vaxta qədər bütün məhkəmə prosesləri dondurulacaq. Bu, cəmiyyət tərəfindən o qədər də bəyənilməsə də, İsrail qanunları çərçivəsində qadağan edilmir və ümumi parlament çoxluğu bunu təsdiqləsə, qanuni hesab ediləcək.

Təcili hökumət

Yaradılacaq hökumət 6 ay ərzində təcili hökumət kimi fəaliyyət göstərəcək. Baş nazir və onun varisi olan Qantz razılaşaraq bu təcili hökumətin nə qədər davam edəcəyinə dair qərar verə bilərlər. Bu dönəm isə ən çoxu 3 ay müddətinə uzadıla bilər.

Bu dövrdə korona böhranı istisna olmaqla, heç bir qanun təklifi müzakirəyə çıxarılmayacaq, çıxarılsa belə, qəbul edilməyəcək. Bu müddət ərzində yeni siyasi təyinatlar da edilməyəcək və mövcud status qorunacaq.

Bununla yanaşı, hazırda ölkədə Təhlükəsizlik naziri yoxdur və hələlik təyin edilməyib. Təyin oluna bilməməsi yeni tərəfdaşlar üçün problemin olması ilə əlaqədardır. Məsələn, yeni Ədliyyə naziri Nissan Koren hazırkı ədliyyə naziri tərəfindən təyin olunan Baş prokurorluq vəzifəsinə yeni bir təyinat edə bilməyəcək və 6 ay boyunca sabiq Ədliyyə nazirinin təyin etdiyi Baş prokuror Dan Eldadla işləmək məcburiyyətində qalacaq.

Nazirliklər ortaqlar arasında bu şəkildə bölüşdürülür:

Likud Partiyası

1 - Maliyyə

2 - Xarici İşlər

3 - Daxili Təhlükəsizlik

4 - Təhsil

5 - Daxili İşlər

6 - Nəqliyyat

7 - İctimaiyyət

8 - Səhiyyə

9 - Dini işlər üzrə xidmətlər

10 - Energetika

11 - Ətraf mühitin qorunması

12 - Kəşfiyyat

13 - Regional əməkdaşlıq

14 - “Negev”, “Galil” (silahlar)

15 - Qüds və tarixi köklər

Mavi-Bəyaz Partiyası:

1 - Müdafiə

2 - Xarici İşlər

3 - Ədliyyə

4 - Rabitə

5 - Kənd təsərrüfatı

6 - Mədəniyyət və İdman

7 - Miqrasiya işləri

8 - Turizm

9 - Azlıqlar

10 - Diaspora

11 - Elm və kosmos

12 - Strateji işlər

13 - Pensiyaçılar və sosial balans

Haavoda Partiyası

1- İqtisadiyyat

2 - Rifah

Bu siyahıda 30 nazirlik olsa da, ilk 6 aylıq kabinetdə 36 nazir olacaq və bu nazirlərin də 16 müavini olacaq. Hansı nazirliyə kimin uyğun olacağı hələ müəyyənləşdirilməyib.

Qantzın bu mövzuda veto etmək hüququ yoxdur və 100 illik müqavilədə göstərilən Yehuda və Şomron (Yəhudiyə və Sammariyə) bölgələrində İsrail Hökumətinin təsdiq və qəbulunun 2020-ci il 1 iyun tarixinə qədər həyata keçirilməsi planlaşdırılır.

Bu maddənin ən vacib səbəbi isə bunun Amerikanın seçkiləri üçün vacib olmasıdır.

Görək İsraildəki korona höküməti nə qədər davam edəcək?..

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar