Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA çempionatlar və milli komandalarla bağlı qərarını açıqlayıb

Bu gün UEFA və quruma üzv olan milli assosiasiyaların nümayəndələri arasında videokonfrans keçirilib...

Apasport.az saytının məlumatına görə, tədbirdə koronavirus pandemiyası ilə bağlı yarımçıq dayandırılan 2019/20 mövsümü ilə bağlı müzakirələr aparılıb.

Yekunda aşağıdakı bir sıra məsələlərlə bağlı razılıq əldə olunub. Üstünlük iyulun sonunda başa çatdırılacaq milli çempionatlara verilib. May və iyunda bərpa olunacaq yarışlar iyulun 31-dək yekunlaşmalıdır ki, növbəti mövsüm avrokubokda iştirak edəcək komandalar bəlli olsun.

Avrokubokların qalan oyunları avqustda keçirilməsi planlaşdırılıb. Qitəmiqyaslı turnirlər milli çempionatlara yekun vurulduqdan sonra bərpa olunacaq.

Yığmaların payızda keçirilməli olan qarşılaşmaları planlaşdırılan tarixə keçirilə bilər.

Həmçinin, UEFA hüquqi məsələlərlə bağlı tövsiyyələr də verəcək. Müqavilə ilə bağlı məsələlər klublar və oyunçuların səlahiyyətində qalır.

Qərara alınıb ki, assosiasiyalarla növbəti videokonfrans mayda keçirilsin.

Lakin UEFA hələlik yeni – 2020/21 mövsümü barədə yekun qərara gəlməyib. Amma avrokubokların təsnifat mərhələlərinin sentyabr, qrup raundunun oktyabra salınması gözlənilir.

Qeyd edək ki, aprelin 23-də UEFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

pia.az


Etiket: UEFA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar