Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşlılar üçün koronavirusdan qorunmaqla bağlı maarifləndirici animasiya çarxı - Video

Yaşlılar üçün koronavirusdan qorunmaq mövzusunda maarifləndirici animasiya çarxı hazırlanıb...

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində yaşlılar üçün koronavirusdan qorunmaq mövzusunda maarifləndirici animasiya çarxı hazırlanıb.

COVID-19 infeksiyasının xüsusilə yaşlılar üçün təhlükəli olduğu nəzər alınmaqla, çarxda bu kateqoriyadan olan insanlar üçün pandemiya dövründə sağlam və gümrah qalmaq üçün dəyərli tövsiyələr yer alıb.

Həmin maarifləndirici animasiya çarxını təqdim edirik:

Qeyd edək ki, layihə yaşlıların rifah halının yaxşılaşdırılması, fəal və sağlam həyat tərzi keçirmələrinin təmin edilməsi, fəal yaşlanmanın təbliği məqsədilə aparılan dövlət siyasətinə dəstək məqsədi daşıyır.

Layihə koronavirus təhlükəsi və bununla bağlı müəyyən edilmiş karantin rejimi ilə əlaqədar fəaliyyətini onlayn platformalar üzərindən davam etdirir. Layihə çərçivəsində yaşlı və ahıl vətəndaşlar üçün artıq bir sıra faydalı onlayn vebinar və müzakirələr təşkil olunub, eləcə də, yaşlıların asudə vaxtının səmərəli təşkili məqsədilə sosial şəbəkələr vasitəsilə motivasiyaedici müxtəlif tədbirlər icra edilir.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar