Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1 dollara satılan neft: Dünya iqtisadiyyatı yeni eraya qədəm qoyur?...

Bu yeni erada qlobal iqtisadiyyatın əsas konyukturları nıdən ibarət olacaq?...

İqtisadçı-ekspert: “Neft bazarında baş verənlərin əsas səbəbi dünyanın karantin rejimindən olmasıdır”

“Onsuz da virus olmasa da, dünyada texnoloji inqilab baş verirdi. Düzdür bu yavaş gedirdi. Virus bu texnoloji dəyişikliklərin surətini artırdı”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ-ın WTI markalı neftinin qiymətin1 dollara qədər düşməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Tələbatın getdikcə aşağı düşməsi və neft anbarlarının ağzına qədər dolması səbəbindən Amerikanın WTI markalı neftinin qiyməti birjada 1 sentə qədər enib.

Reuters xəbər verir ki, may ayı üçün fyuçers müqavilələrində Amerika neftinin bir barrelinin qiyməti 1 dollara rəsmiləşdirilib. Bu da o deməkdir ki, xammal əslində heç kimə gərək deyil.

Bu qiymətə birja müqavilələri aprelin 21-nə qədər imzalanacaq. İyun fyuçersləri isə barrel üçün 22 dollardan yuxarıdır, yəni bazar qiymətləri səviyyəsindədir.

Dünyanın strateji məhsulu olan neftin bu qədər dəyərsizləşməsi necə və hansı səbəbdən baş verir? Həmçinin bir yanda bütün dünyada işsizlik getdikcə artır, digər tərəfdən isə tələbat sürətlə aşağı düşür. Demək olarmı ki, dünya iqtisadiyyatı yeni eraya qədəm qoyur və bu yeni erada qlobal iqtisadiyyatın milli iqtisadiyyatla əvəzlənməsi ehtimalı var?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Dünyada bu günlər ərzində o qədər ucuz neft oldu ki, iyun ayında belə neftin qiymətinin qalxması ehtimalı çox aşağıdır”.

Növbəti belə bir günün dünyada may ayının 19-da yaşana biləcəyini proqnoz edən iqtisadçı-ekspert PİA.az-a açıqlamaslnda bildirib ki, may ayının 19-u iyun kontraktlarının satışının son günüdür. Əgər iyunda da dünya ölkələrindən karantin rejiminin davam etməsi barədə xəbərlər gələcəksə, mayda iyun kontraktları da mənfi qiymətə satıla bilər:

“Əslində dünən baş verən proses bir neçə səbəblə bağlı idi. Birincisi dünən may kontraktlarının satışının son günü idi. Bəzi treyderlər keçən ay, hətta mart ayından may kontraktlarını alıb saxlamışdılar. Ümid edirdilər ki, dünyanın karantin rejimindən çıxması artıq baş verəcək və neftə tələbat artacaq. Ucuz aldıqları neft kontraktlarını daha baha satıb pul qazanacaqlar. Treyderlərin ən böyük gözləntisi bu idi. Amma ard-arda həm Avropa ölkələri, həm ABŞ-ın bir çox ştatları karantin rejiminin uzadılması üçün qərarlar verdilər.

Dünyada hələ də 4 milyarda yaxın insan karantin rejimimdə yaşayır. Hətta Beynəlxalq Aviasiya Agentliyinin belə bir xəbəri oldu ki, dünyada aviasiya reyslərinin fəaliyyətə başlaması və hava yollarınln açılması yayda yox, payızda mümkün ola bilər. Bütün bu xəbərlər və karantin rejiminə görə dünyada neftə olan tələbatın kəskin azalması may ayının kontraktlarının kəskin ucuzlaşmasına səbəb oldu. Əllərində may ayı kontraktları olan treyderlər və yatırım şirkətləri həmin kontraktları satmağa başladılar. Günün sonunda bu çox surətləndi. Çünki həmin kontraktlar bu günə qalsaydı heç kimə lazım olmayacaqdı. Buna görə də məcburən dünən axşama qədər bu kontraktları satmağa başladılar. Satılan kontrakt sayı o qədər çox oldu ki, neft mənfiyə getdi.

İkinci səbəb odur ki, dünyada çox neft istehsal olunur. İstehlakın da azaldılması neftin saxlanılması problemini yaradıb. Bü gün dünyada hələ də günlük 100 milyon barrelə yaxın neft hasilatı var. Amma dünyanın günlük neft istehlakı 70 milyon barreldən də aşağı düşüb. Bu həftə hətta 60 barreldən də aşağı düşmə ehtimalı var. Həftə sonuna qədər dünya bazarında təqribən 35-40 milyon barrel əlavə neft olacaq. Bu nefti saxlamağa yer yoxdur. Bütün tankerlər dolub.

Qeyd edim ki, Hindistan və Çin ucuz qiymətlərlə böyük həcmdə neft alıb saxlayırlar. Amma onların neft alması belə bazarlara təsir etmir. Çünki onların da rezervlərinin həcmi o qədər də böyük deyil.

Natiq Cəfərli: “Dünyada iqtisadiyyatının strukturu və konyunktur dəyişir”.

Bu iki səbəb dünyada neft qiymətlərinin kəskin enməsinə səbəb oldu. Amma dünənki məsələ də bir günlük məsələ idi. Qiymətin mənfiyə doğru getməsi məhz may kontraktları ilə bağlı idi. Növbəti belə bir gün dünyada may ayının 19-da yaşana bilər. Çünki may ayının 19-u iyun kontraktlarının satışının son günüdür. Əgər iyunda da dünya ölkələrindən karantin rejiminin davam etməsi barədə xəbərlər gələcəksə, mayda iyun kontraktları da mənfi qiymətə satıla bilər.

Neft bazarında baş verənlərin əsas səbəbi dünyanın karantin rejimindən olmasıdır. Artıq virusun 2-ci, 3-cü dalğasının gəlməsi gözlənilir. Yəni Afrika ölkələrinin, Latın Amerikası ölkələrinin qapadılması gündəmdədir. Bu da dünyada neft istehlakına ciddi mənfi təsir göstərir. Buna görə də hətta dünyada karantin rejimi bitsə belə, o zaman da neftin qiymətinin artması ehtimalları çox aşağıdır. Çünki dünyada bu günlər ərzində o qədər ucuz neft oldu ki, iyun ayında belə neftin qiymətinin qalxması ehtimalı çox aşağıdır. Ucuz neft yığmış neft emalı müəssisələri həmin ucuz neftin istehlakına başlayacaqlar. Buna görə də bu ilin sonuna qədər neft qiymətlərinin çox aşağı qalması ehtimalı yüksəkdir.

Dünyada yeni konfiqurasiya yaranır. Dünyada yeni iqtisadi münasibətlər də yaranır. Ümumiyyətlə dünyada iqtisadiyyatının strukturu və konyunktur dəyişir. Amma bu o demək deyil ki, hər şey birdən birə baş verəcək. Onsuz da virus olmasa da, dünyada texnoloji inqilab baş verirdi. Düzdür bu yavaş gedirdi. Virus bu texnoloji dəyişikliklərin surətini artırdı. 5G texnologiyası, suni intellekt, robortlaşma bütün bunlar dünyada gələcəkdə iqtisadiyyatın əsas trendinə çevriləcək”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar