Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə sədri Seçki Məcəlləsinə dəyişikliyin anonsunu verdi

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrin fəaliyyəti ilə bağlı müsahibə verib...

- Siyavuş müəllim, hazırda Azərbacanda böyük şəhər bələdiyyələrinin yaradılması zəruridir?

- Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılmasına ehtiyac yoxdur. Bəzən insanlar tez-tez Türkiyəni misal gətirərək, məsələni qarışdırırlar. Hər bir dövlətin özünəməxsus quruluşu və idarəetmə sistemi var.

Biz prezidentli respublikayıq və dövlət başçısının yerlərdə, o cümlədən Bakıda səlahiyyətli nümayəndələri var. Səlahiyyətli nümayəndələr icra hakimiyyətlərinin başçılarıdır.

Digər yerli məsələlərin həlli üçün isə bələdiyyələr fəaliyyət göstərir. Əhali özü yığışır və bələdiyyə üzvlərini seçir. Qəbiristanlıqlar, parklar, suvarma sistemləri, torpaq vergiləri və sair məsələlərə bələdiyyələr baxır. Ancaq dövlətin rəsmi qərarlarının icrasını icra başçıları həyata keçirir.

- Milli Məclisin iclasında bələdiyyələrin 2019-cu il üzrə fəaliyyəti barədə hesabatı zamanı Seçki Məcəlləsinə dəyişiklik təklif etdiniz. Dediniz ki, bələdiyyə seçkilərinin keçirilməsi Seçki Məcəlləsi ilə yox, ayrıca qanunvericiliklə tənzimlənməlidir. Bu təklifinizə rəsmi reaksiyalar oldu?

- Biz bu istiqamətdə işləyirik, aidiyyəti qurumlardan da bununla bağlı təklifləri alacağıq. Çalışacağıq ki, bələdiyyə seçkiləri ilə bağlı məsələlər daha da sadələşdirilsin. Elə kəndlər var ki, 100-500 arası sakini var. Orada beş nəfər bələdiyyə üzvünə nə ehtiyac var?! Bir nəfər seçilsə, özünün aparatını yarada və bütün işləri görə bilər. Bununla vəsaitə də qənaət olunar.

- Siyavuş müəllim, bələdiyyələrə hər il dövlət büdcəsindən dotasiyalar və subvensiyalar ayrılır. Amma biz hələ də bələdiyyə xəstəxanaları və məktəblərinin mövcudluğundan danışmırıq, çünki yoxdur. Hansı səbəblər bələdiyyələrin xəstəxana, ya da məktəb tikməsinə mane olur?

- Bələdiyyələrin çox geniş səlahiyyəti var. Vətəndaşlarımızda belə bir anlayış var ki, bələdiyyə ancaq torpaq alqı-satqısı ilə məşğul olur. Əslində isə, siz dediyiniz kimi bələdiyyə xəstəxanası, bağçası, istirahət kompleksləri və sair ola bilər. Bunu isə yaratmaq lazımdır. Dotasiyalar, subvensiyalar verilir, üstəgəl bələdiyyə vergiləri yığılır. Bələdiyyələr bu vəsaitləri ilkin dövrdə belə sahələrə yatırsalar, sonradan oradan 10 qat artıq gəlir əldə edər. Bundan başqa, bələdiyyələr torpaqları icarəyə versələr, daha sərfəli olar, hər il gəlir götürərlər.

- Digər bir problem şəhərlərdə bələdiyyə sərhədlərinin müəyyələşməməsidir. Bununla bağlı hansı təklifləriniz var?

Şəhərlərdə bu problem var. Mülkiyyətin üç növü var – dövlət, özəl və bələdiyyə. Bələdiyyələr isə mülkiyyətdən istifadəni düzgün həyata keçirmirlər.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar