Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Co Bayden demokratları Trampa qarşı səfərbər etməyə çalışır

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden partiyası tərəfindən prezidentliyə vahid namizədə çevrildkdən sonra komandasını səfərbər etməyə başlayıb.

ABŞ mətbuatının yazdığına görə, bu məsələdə onun qarşısında duran ən böyük problem getdikcə sosialist qanada meyllənən Demokrat partiyasında yaşanan parçalanmadır. 

“Biz artıq başladıq. Keçid komandamız da toplanmağa başlayıb”, - deyə Bayden ianə toplamaq üçün təşkil etdiyi kampaniyalardan birində danışıb.

78 yaşlı siyasətçi komandasına daxil ediləcək konkret isimlərin adını çəkməsə də “onların birinci dərəcəli idarəçilərdən ibarət olacağı” sözünü verib.

Demokrat partiyası içindən gələn informasiyalar vitse-prezidentin qadın namizədlər arasından seçiləcəyini göstərir. C.Baydenin özünün dediyinə görə, keçmiş prezident Barak Obama ona zəif yerlərini qapada biləcək namizəd seçməsini məsləhət görüb.

Burada ən real isimlərdən biri, Massaçussets ştatının senatoru Elizabet Uorrendir. Xanım Uorren təklif gələcəyi təqdirdə bundan imtina etməyəcəyini açıqca söyləyib.

“Bayden bilir ki, yalnız şərəfli, səriştəli və vicdanlı hökumət insanların həyat və rifahını qurtara bilər. Biz Donald Trampın bir daha amerikalıların həyatını təhdid altına qoymasına imkan verməməliyik”, - deyə E.Uorren müsahibələrinin birində deyib.

E.Uorrenin dəstəyi həm də onun sosial-demokrat qanada mənsub olması tərəfdən olduqca vacibdir. Çünki Co Bayden özü partiyanın sağ mərkəzçi qrupunda yer alır. Bundan başqa Massaçussets senatoru yaşlı namizədə qadınların səslərini almağa kömək edə bilər.

Keçmiş vitse-prezident bu səbəbdən seçkiqabağı proqramına bir sıra sosialist müddəaları salmağa məcbur olub. Məsələn o, iflas proseduruunu çətinləşdirəcək qanunların ləğvinə çalışacağını, tələbələrin borclarının ləğv olunacağını, koronavirus pandemiyası dövründə əhaliyə sosial yardımları artıracağını vəd edib.

Co Bayden üçün ən mühüm dəstək ilkin seçkilərdəki əsas rəqibi Berni Sandersdən gəlib. Vermont ştatını senator olaraq təmsil edən qocaman sosialist vahid namizədə Ağ Evə sahib olması üçün əlindən gələni edəcəyini bildirib.

Lakin bütün bunlarla bərabər Co Bayden üçün ümumi atmosfer neqativ yöndədir. Belə ki, onu reytinqləri 2016-cı ildə seçkilərin əsas favoriti kimi görünən, lakin sonda Donald Trampa uduzan Hillari Klintonun nüfuzundan belə aşağıdır.

“HuffPost-YouGov” təşkilatının keçirdiyi rəy sorğusuna görə, demokratların sadəcə 35%-i keçmiş vitse-prezidentin vahid namizəd olmasından razılıqlarını bildirib. 28% onu neqativ qarşılayıb, 13% isə yaranan situasiyadan pərt olduğunu açıqlayıb.

Müqayisə üçün bildrimək olar ki, 2016-cı ildə Hillari Klinton öz partiyası içində 56%-lik dəstəyə malik idi və tərəfdarların sadəcə 32%-i onun namizədliyini bəyənməmişdi.(musavat.com)

pia.az


Etiket: Co Bayden


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar