Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Azərbaycandan pul istəyir

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hakimiyyət ölkədə defolt elan etməyə hazırlaşmır və Beynəlxalq Valyuta Fondundan maliyyə köməyi almaq niyyətindədir.

Virtualaz.org xəbər verir ki, Zelenski belə bəyanatla ölkədə koronavirus pandemiyası ilə bağlı ağırlaşan maliyyə durumu barədə danışarkən çıxış edib.

“İnsan bir həftə susuz yaşaya bilərmi? Nəyə görə axı? Beynəlxalq Valyuta Fondu ilə bağlı situasiya da belədir. Nəyə görə biz riskə gedək və situasiyanı defolta gətirib çıxardaq, nəyə görə bütün bu sınaqlarla üzləşməliyik? Onsuz da bu sınaqlar kifayət qədərdir”,-Ukrayna prezidenti ölkənin Beynəlxalq Valyuta Fondunun kreditləri olmadan keçinməsinin mümkünlüyü haqda suala cavabında deyib.

Onun sözlərinə görə, indiki situasiyada maliyyə dəstəyi ölkəyə çox lazımdır. Çünki başqa vaxtlar olsaydı Beynəlxalq Valyuta Fondundan kredit almağın nə dərəcədə lazım olduğunu müzakirə etmək olardı. “İndi isə bu insan orqanizminə qan qədər vacibdir”,-o deyib.

Zelenski deyib ki, Ukrayna Beynəlxalq Valyuta Fondundan ən azı 8 milyard dollar kredit almaq barədə anlaşıb. Dünya Bankının və Avropa İttifaqının vəsaitlərini də bura əlavə edəndə ölkəyə 10 milyard dollar daxil olacaq. “Ən azı  8 milyard nəzərdə tuturuq. Lakin mən 10 milyard gələcəyini gözləyirəm, üstəlik mən sizə açıq deyirəm ki, az qala hər gün digər ölkələrin, Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın, Kanadanın, Almaniyanın liderləri ilə danışıram və Angela Merkelə minnətdaram. Yəni bizdə çoxlu pul olacaq”,-Zelenski bildirib.

pia.az


Etiket: Zelenski


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar