Xarici ölkələrdən vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qeydiyyatdan keçməsi üçün yaradılan "Evə gedirəm" portalı bu gündən öz işinə başlayacaq...
PİA.az xəbər verir ki, www.evegedirem.info portalı aprelin 18-i saat 10:00-dan (Moskva vaxtı ilə) etibarən fəaliyyətə başlayacaq.
İlkin mərhələdə bu portal vasitəsilə məhz Azərbaycanın Rusiyada yaşayan vətəndaşları qeydiyyatdan keçmək imkanı əldə edəcəklər. (Report)
pia.az