Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəmiryoluna atılan cəsəd... - Rotşild ailəsi ilə Berlin arasında nə baş verir?

Bir daha aydın olur ki, müharibə dövlətlər və ailələr arasındadır. Ancaq Almaniyanı ən çox narahat edən şey Vaşinqtonda alınan müharibə qərarının Berlində bir əmr kimi qəbul edilməsidir...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 16 aprel 2020-ci il

Bildiyiniz kimi, dünyada gedən bütün hesablaşmalar ölümlər və sui-qəsdlər üzərindən aparılır. Bu günki siyasi-iqtisadi iqlimdə bizim bilmədiyimiz gizli hadisələr baş verir. Gəlin bu dəfə də məsələyə Avropa üzərindən yanaşaq.

Koronavirus sayəsində artıq güclü ailələrin, siyasətçilərin və CEO-ların risk altında olduğunu bilirik. Bu artıq sirr deyil.

ABŞ-da hələ də ən varlı 50 insan siyahısında olan bəzi adamların harada olduqlarını heç kim bilmir. Qəribə də olsa, belədir. Bir tərəfdə bir virus təhdidi, digər tərəfdə isə görünməz əllərin keçirdiyi əməliyyat var.

Almaniyada da vəziyyət çox maraqlıdır. Martın son günlərində Vizbaden yaxınlığındakı Frankfurt-Köln sürət xətti yaxınlığında Hessen şəhərinin Maliyyə naziri və maliyyə mərkəzi olan Frankfurtda yeganə söz sahibi olan Tomas Şaferin cəsədi tapılıb. Cəsədə işgəncə də verilib. Evli və 2 uşaq atası olan Maliyyə naziri Tomas Şaferin ölümü ilə bağlı açıqlama verən Hessen əyalətinin Baş naziri Volker Buffi isə çox kədərləndiyini və təəccüb içində olduğunu qeyd edib. Buffi: “Tomas Şaferin qəfildən və belə gözlənilməz şəkildə öldüyünə inana bilmirik. Ailəsi ilə birlikdə yas saxlayırıq”, deyib.

Heç kim onun öldüyünə, daha doğrusu intihar etdiyinə inana bilmir. Tomas Şaferi tanımadığımız üçün haqlı olaraq “bu kimdir?”, deyə sual verə bilərik. Bilənlər üçün Tomas Şaferin kimliyi qısa və konkretdir: Frankfurtdakı 3 trilyon avronu idarə edən şəxs. O, həmçinin, Rotşild ailəsinin Almaniyadakı 40 universitetindən biri olan Marburq Universitetini bitirib. Təbii olaraq da seçilib və ailə üçün çalışmağa başlayıb. Almaniyada ailənin nə qədər güclü olduğunu nəzərə alsaq, Tomas Şafer də elə o qədər güclü idi. Lakin edam edildi və işgəncəyə məruz qaldıqdan sonra cəsədi dəmiryoluna atıldı. Bəs bu ölümün səbəbi nə idi? Problem Şaferin Rotşild ailəsinə yaxın olması idimi? Səbəbi bu deyil. Çünki ailəyə yaxın olan minlərlə insan var. Deməli, ölüm səbəbi başqadır.

Tomas Şafer ölümündən bir neçə gün əvvəl: “Alman iqtisadiyyatında verilən vədlər həqiqəti əks etdirmir. Bir çox önəmli şirkətləri dövlətin əliylə çökdürəcəklər. Sonra şirkətləri müsadirə etmək adıyla ələ keçirəcəklər. Bu qərarı da Berlində deyil, Vaşinqtonda verdilər”, demişdi. Şafer bu şəkildə gələcəkdən xəbər verdiyi üçün hədəfə alındı. Merkelin yerinə keçəcəyi düşünülən, siyasətdə hər gün daha da güclənən Tomas Şafer bu sözləri ilə MKİ-ni hərəkətə keçirib. Bir neçə gündən sonra da dəhşətli şəkildə öldürülüb.

Bəziləri onun özünü qatarın altına ataraq intihar etdiyini desə də, faktlar göz qabağındadır. Alman mediasında uydurma bir intihar məktubu da yayılıb. Əgər Almaniyada bu baş verirsə, deməli, heç kim etibarlı vəziyyətdə deyil.

Tomas Şafer

Pul sistemi dəyişəcəksə, müharibələrlə ola bilər. Əgər bu, bizim bildiyimiz kimi bir müharibə olmasa, çox ciddi şəxslər kənarlaşdırılacaq. Hazırda baş verən budur.

Dəfələrlə “The Economist” və “Der Spiegel” barədə yazmışam. Bu iki jurnal iki böyük qüvvənin əlindədir. Bütün mesajlar bir neçə dəfə buradan verilib. Almaniyanın Maliyyə naziri Piter Altmaya Şaferin ölümündən əvvəl “Der Spiegel” jurnalına müsahibə verib. Altmaya: “Biz strateji olaraq ciddi alman şirkətlərini müsadirə edəcəyik”, deyib. Bunu kimə deyirdi? Dərin Amerikaya bağlı olan “Der Spiegel” jurnalına. Burada verilən gizli bir mesaj vardı. Bu çox çox vacib bir mesaj idi. Nazir Piter Altmaya: “Strateji baxımdan əhəmiyyətli şirkətləri xilas edəcəyik” deməklə, əslində Rotşild ailəsinə bağlı olan şirkətlərin müsadirə olunacağını elan edirdi.

Bir daha aydın olur ki, müharibə dövlətlər və ailələr arasındadır.

Ancaq Almaniyanı ən çox narahat edən şey Vaşinqtonda alınan müharibə qərarının Berlində bir əmr kimi qəbul edilməsidir. Alman dövləti bu gün Dərin Amerikanın nəzarəti altına keçib. Bunun artıq gizlənəcək bir tərəfi yoxdur. Ölümlərin başlanması indi daha böyük təhlükə yaradır. Çünki artıq hər iki tərəf kritik şəxsləri hədəf alacaqlar. Rotşild ailəsini yalnız pulu idarə edən bir qüvvə kimi düşünmək doğru olmaz. Ailənin silah gücü və kəşfiyyatı da var.

Almaniya ən kritik ölkədir. Çünki Dərin Amerika bilir ki, Rotşild ailəsini Almaniyadan göndərə bilsə, bunu İtaliya və Fransada çox daha asanlıqla edə bilər. Buna görə, Dərin Amerika güclü olduğu Almaniyada ilk addımını atıb. Yaxın günlərdə bir çox ölüm xəbəri eşidəcəyik. Bunları intihar və ya qəza adlandıracaqlar. Çox ciddi simalar kənarlaşdırılacaq. Bu, tarix kitablarında oxuduğumuz müharibədən çox fərqli bir mübarizədir.

Tomas Şaferin ölümü Rotşild ailəsi üçün çox ciddi bir xəbərdarlıq idi. Merkelin Xristian Demokratik Birlik Partiyası (CDU) ilə birlikdə yol gedən və Berlində nüfuz sahibi olan Tomas Şaferin bir neçə həftə əvvəl Londonda çox vacib danışıqlar apardığı, şəxsi təyyarəsi ilə gedib gəldiyi və bu təyyarənin “RIT Capital”a məxsus olduğu məlumdur. “RIT Capital” Frankfurt vasitəsilə alman iqtisadi sisteminin istiqamətini müəyyənləşdirir.

Bu vəziyyət 10 ildən çoxdur ki, dəyişməyib.

Bəs görəsən, indi Rotşild ailəsi hansı qərarı verəcək? Şirkətlərin zərbə aldığı doğrudur. Lakin Rotşild ailəsi maddi cəhətdən heç birini itirməyəcək qədər güclüdür. Almaniyanın Maliyyə naziri Piter Altmaya şirkətləri yeni qanunla müsadirə etmək üçün müəyyən işlər görür. Bunun üçün hazırlıqlar tamamlanıb. Almaniyanın ən böyük 100 şirkətindən 45-i seçilib. Hədəfdə olan bu şirkətlər Almaniya iqtisadiyyatını da formalaşdırır. Buna görə ilk növbədə bunlar seçilib.

Almaniyadakı proseslər Vaşinqtonun güzgüsü olacaq. Müharibəni daha yaxşı başa düşmək üçün Berlin və Vaşinqton xəttində baş verən hadisələri diqqətlə izləmək vacibdir.

Yeri gəlmişkən, BVF-ni də yaxından izləməyi unutmayaq. Onsuz da müharibəni sonlandıran şey pul olacaq. Çünki müharibəni başladan şey də məhz pul idi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar