Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantin rejimi dövründə daşınan sərnişin sayı 85 faiz azalıb

“Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları ilə daşınan sərnişin sayı 38.8 % azalıb...

Xüsusi karantin rejimi dövründə respublika üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) cari ilin 1-3 aprel tarixlərində 231624, 4-6 aprel tarixlərində 124292, 7-9 aprel tarixlərində 63653, 10-12 aprel tarixlərində 69043 və 13-15 aprel tarixlərində 73275 sərnişin daşınıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) verilən məlumata görə, 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) daşınan sərnişin sayı 68.4 % azalıb.

Həmçinin, fəaliyyətinə icazə verilən yeganə şəhərlərarası avtobus marşrutları olan “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” xətləri üzrə 1-3 aprel tarixlərində 75400, 4-6 aprel tarixlərində 54405, 7-9 aprel tarixlərində 45275, 10-12 aprel tarixlərində 43460 və 13-15 aprel tarixlərində 46160 sərnişin daşınıb. Cari ilin 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları ilə daşınan sərnişin sayı 38.8 % azalıb.

Ümumilikdə, xüsusi karantin rejiminə qədərki dövrlə müqayisədə daşınan sərnişin sayı 85 faiz azalıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar