Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus sosial dövlətə ehtiyacı artırdı...

Koronavirus pandemiyası bir daha sosial dövlətin vacibliyini göstərdi...

Erdal Tanas Karagöl

“Yeni Şafak” qəzeti, Türkiyə, 16 aprel 2020-ci il

Koronavirus pandemiyası ilə yaşanan problemlərdın məlum oldu ki, siyasi baxışından asılı olmayaraq, əsas diqqət ictimai və sosial xərclərin artırılmasına yönəlməlidir.

Koronavirusla dönəmində dünyanın hər sahəsində olduğu kimi sosial siyasətdə də bir çox dəyişikliklərin baş verdiyinə şahid oluruq. Bəs sosial siyasət sahəsində önə çıxan məsələlər nələrdir?

Əvvəla, pandemiya dönəmindı ölkələr sosial yardım sisteminin və bu sistemə vəsait ayrılmasının həyati əhəmiyyət kəsb etdiyi başa düşdülər. Buna görə, gələcəkdə sosial risklərin azaldılması məsələsində sosial yardımlara daha çox önəm veriləcək.

Bu proses sosial siyasətlərin davamlı olmasını zəruri edir. Koronavirus pandemiyası göstərdi ki, sosial dövlət baxımından irəlidə olan Avropa ölkələrində belə, sosial siyasətlər yaşlı əhalinin ehtiyaclarına lazımi dərəcədə cavab verə bilmir.

Koronavirus pandemiyası prosesində sosial riskləri azaltmaq üçün daha ədalətli və bərabər bir sosial siyasət anlayışının inkişaf etdirilməsi önəm kəsb etməyə başlayıb.

İqtisadi daralmanın səbəb olduğu ən böyük ictimai-siyasi problem işsizlikdir. İqtisadiyyatdakı daralma ilə birlikdə artan işsizlik, əmək bazarına yeni daxil olanlar üçün fürsətlərin azalması və pandemiyadan əvvəl daimi iş yeri olanların da işini itirməsi nəticəsində onlar üçün tətbiq olunacaq sosial siyasət təcrübələri getdikcə daha vacib olmağa başlayıb.

Normal iş şəraiti qısa müddət ərzində köklü şəkildə dəyişdiyi üçün işsizlik sığortası kimi alternativ sosial siyasət təcrübələri sosial risklərin azaldılmasında mühüm rol oynayır.

Koronavirus pandemiyasına görə, sosial yardımın əhatəsi daha da genişləndiyi üçün, demək olar ki, dünyada sosial yardım anlayışının müzakirə ediləcəyi bir dövr başlayacaq. Ən əsası da sosial siyasət təcrübələri artıq populist siyasət deyil, dövlət tərəfindən qəbul edilmiş və yerinə yetirilməsi vacib olan siyasətlərə çevriliblər.

Koronavirus pandemiyasında üstünlüyü olan ölkələrin xüsusiyyətlərini belə izah edə bilərik:

- güclü sağlamlıq sistemi;

- geniş əhatəli sosial yardım sisteminə və siyasi-sabitliyə sahib olması;

- nizamlı idarəçilik potensialı olması;

- iqtisadiyyatlarının kövrək olmaması;

- rəqəmsal strukturu güclü;

- cəmiyyətlə ciddi şəkildə əlaqə yaratması;

- ictimai borcunun yüksək olmaması;

- şəffaflığa önəm verməsi;

- əhalisinin böyük hissəsinin gənclərdən təşkil olunması;

- ictimai idarəetmə mexanizmlərindən sürətli və doğru şəkildə istifadə edə bilməsi;

- pandemiya ilə mübarizədə daha çox üstünlüyü olması və pandemiyadan sonra tezliklə iqtisadiyyatını bərpa edəcək imkanlara sahib olması.

Bu cür üstünlükləri olmayan və bir çox çatışmazlığı olan ölkələr isə iqtisadi cəhətdən ciddi problemlərlə üz-üzə qalacaqlar.

Keynesin iqtisadiyyat anlayışı

1929-cu ildə böyük iqtisadi böhrandan sonra yaranan işsizliyi aradan qaldırmaq məqsədilə Keynes tərəfindən irəli sürülən planın reallaşdırılması nəticəsində bütün dünya Keynesin iqtisadi siyasətləri ilə tanış olmuşdu.

Koronavirus pandemiyasından sonra da tələbin azalması ilə bütün ölkələrin tətbiq etdikləri bəzi siyasətlər və mərkəzi bankların iqtisadiyyatdakı fəallığı artırmaq üçün bazara pul daxil etmələri daha çox 1929-cu ildəki iqtisadi böhranı və Keynesi xatırladıb.

Koronavirus pandemiyası ilə birlikdə məlum olub ki, siyasi baxışından asılı olmayaraq, əsas diqqət ictimai xərclərin artmasına və dövlətin müdaxiləsinə yönəlib. Aydındır ki, dövlətin gücündən istifadə edilməsi məsələsi olduqca vacib hesab olunur.

Əslində, yenidən Keynesin iqtisadi siyasətinin ciddi formada tətbiq edildiyi bir dövrün içindəyik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar