Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa layihəsinə baxıb...
PİA.az-ın xəbərinə görə, məlumat verilib ki, XVII-XVIII əsrlərə aid olan məscid memarlıq quruluşu saxlanılmaqla bərpa olunacaq, dindarlar üçün lazımi ibadət şəraiti yaradılacaq.
Ali Məclisin Sədri Cümə məscidində bərpa işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib. (Report)
pia.az