Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçalada vəziyyət gərgindir: Sosial müavinətlərinin vaxtı bitən ailələr acdır

2 aydır onlara niyə cavab verilmir?..

 

"Fevral ayında ünvanlı sosial yardım müddəti bitmiş vətəndaşların sənədləri 2 aydır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yatır".

PİA.az bildirir ki, bu baradə "Bizimxeber.az"-a açıqlamasında Ünvanlı Sosial Yardımla dolanan, artıq 2 aydır bu imkandan məhrum olan vətəndaşlar bildirib.

Məlumatda bildirilir ki, vəziyyətin daha ağır olduğu rayonlardan biri də Neftçaladır. Ağır sosial şəraitdə yaşayan bu vətəndaşlar sonuncu ünvanlı yardımı fevral ayında alıblar. Elə həmin ay sənədlərini yenidən rayon şöbəsinə təqdim ediblər. Amma bu günə kimi heç bir cavab ala bilmirlər.

Bu isə karantin dövründə onların vəziyyətini daha da pisləşdirib. Heç bir yardım ala bilməyən, ünvanlı sosial yardımla dolnan bu insanlar səfalət içərisində yaşayırlar. Qərara görə, ünvanlı soaial müavinət alma müddəti mart ayında bitən ailələrin müavinətləri veriləcək. Amma "fevralda bitənlərin aqibəti nə olacaq"? sualı 2 aydır açıqdır.

Həmçinin bu kimi ailələrə heç bir qida yardımı da edilmir. Sonuncu yardım Novruz bayramında edilib ki, bu zaman çox az sayda ailə nəzərdə tutulub. Yardımlar yalnız yaşlı və tək yasayan şəxslərə edilir.

Yəqin ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bu problemin qısa zamanda aradan qaldırılmsına, ailələrin karantin günlərində yardımla təminatına gec də aydınlıq gətirər.

Məlumat üçün bildirək ki, koronavirus pandemiyası ilə bağlı yaranmış bu çətin vəziyyətdə ilk yardımlar işsiz və ünvanlı sosial yardım alan ailələrə edilir. Bu barədə ölkə başçısı İlham Əliyevin ciddi tapşırığı və sərəncamı var. Amma Neftçala rayonunda vəziyyət fərqlidir. Yardımı kəsilən ailələrin sənədlərinə belə baxan yoxdur.

pia.az


Etiket: Neftçala


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar