Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov bu qədər cangüdənlə şikayətçilərdən qorunur?

“Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub...

Qeyd edək ki, son günlər QSC sədri ilə bağlı yerli KİV-də olduqca ağır və həm də cavabı tələb olunan ittihamlar səslənsə də, nədənsə bu barədə daha çox susqunluq müşahidə olunur. Bu tendensiyanın özü isə yalnız bir təəssüratı yaradır: YAZILANLAR HƏQİQƏTDİR...

Ən azından medianın peşə prinsipləri də qarşı tərəfin fikirlərini vacib edir, amma buna rəğmən Cavid Qurbanovun ətrafında elə bir şəbəkə toru yaradılıb ki, ya yazılanlar Cavid Qurbanovun diqqətindən kənar tutulur, ya da QSC sədrinin özü kifayət qədər arxayınçılıq mühitindədir. Hətta digər dövlət qurumlarının hazırki pandemiya dövründə belə mediaya xüsusi həssaslıq nümyiş etdirməsi faktının mövcudluğu şəraitində belə Cavid Qurbanovla bağlı mübhəmləri çözmək daha da çətinləşir. Bununla bağlı olduqca maraqlı informasiya daxil olub.

Məlumatlı mənbə iddia edir ki, Cavid Qurbanovun vəzifəyə gəldikdən sonra ASC-də uzun illərdən bəri korrupsiyanın başında gedən şəxsləri işdən çıxarmadığı, onlarla münasibətlərinu daha da istiləşdirdiyi faktdır və hazırki vəziyyətin yaranmasında da sözügedən məqam xüsusi dərəcədə əhəmiyyətə malikdir.

Mənbənin söylədikləri: "Cavid Qurbanovun böyük qorunma ilə gəzdiyi, şikayətçilərin ona yaxınlaşmasına imkan verilmədiyi faktdır. Cavid Qurbanov ASC-nin binasından çıxanda ətrafında 20 nəfər olur. Həmin 20 nəfər sədri avtomobilə minənə qədər müşayiət edirlər. Buna görə də ASC-də şaiyə buraxıblar ki, guya Cavid Qurbanovun ətrafı qəsdən çoxlu şəkildə onu müşayət edirlər ki, sədrə heç kəs yaxınlaşmasın. ASC sədrinin ətrafı onu toplu şəkildə müşayət edərək hansısa şikayətçinin Cavid Qurbanova yaxınlaşmasına imkan vermirlər. Hətta hazırki pandemiya dövründə belə QSC sədrinin ətrafı kifayət qədər qələbəlikdir. Ətrafının Cavid Qurbanovu toplu şəkildə avtomobilinə qədər müşayiət etməsi əslində birbaşa ASC sədrinin öz planıdır. O, şikayətçilərlə qarşılaşmamaq üçün bu üsuldan istifadə edir”.

Maraqlı iddiadır və bildiririk ki, bu iddia ilə bağlı da qarşı tərəfin fikirlərini yaymağa hazırıq. Necə ki bu vaxta qədər açıq qalmış suallarımıza cavab axtarışlarındayıq...(dia.az)

pia.az


Etiket: Cavid Qurbanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar