Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qeyri-neft sənayesində artım 23% olub"- Mikayıl Cabbarov

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib...

"2020-ci ilin ilk rübündə, yanvar-fevralda müşahidə edilən sağlam artım birinci rübün ümumilikdə müsbət fonda yekunlaşmasını şərtləndirib. Eyni zamanda, mart ayında pandemiya dünya enerji bazarlarında artım tempinə mənfi təsir etmiş və mütləq göstəricilərin enməsinə səbəb olub".

PİA.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.

"Qeyri-neft ümumi daxili məhsulunun 3,5% səviyyəsində artımına nail olmuşuq. Ümumi daxili məhsulda ən sürətli artım və azalma sahələrini diqqətinizə məruzə etmək istərdim. Qeyri-neft sənayesində artım 23% təşkil edib. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 18%, dağ-mədən sənayesində 12%, kənd təsərrüfatı sahəsində 3,7% artım olmubuşdur. Elektrik enerjisi, o cümlədən qaz-buxar istehsalı 17% və yük daşımaları 7,2% artıb. Eyni zamanda, azalan sahələr arasında turizm, iaşə, xidmətlər, sərnişin nəqliyyatı və tikintini qeyd etmək lazımdır.

Xarici ticarətə gəldikdə, ümumilikdə, qeyri-neft ixracımız rüb ərzində bir faiz azalmışdır. Müsbət trend ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4% artıb. Qızıl ixracı 17%, kimya sənayesi məhsulları ixracı 14% artıb. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5% azalıb. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalıb", - deyə o, qeyd edib. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar